Türkiyə

İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - (Foto)

9 Oktyabr 2026 19:43
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda yeddimərtəbəli binanın çökməsi ilə əlaqədar İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalar davam edir.

Faciənin səbəbinin müəyyən edilməsi ilə bağlı araşdırmalar zamanı binanın beton sütununda balıqqulağı aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "TGRT Haber" nəşrinin müxbiri Hanifi Bayar dağıntı yerindən canlı yayım zamanı bildirib.

O, binanın birinci mərtəbəsinə aid olduğu ehtimal edilən bir sütun parçasını göstərib. Sütunun içində balıqqulaqları olub.

Dağıntılardan çıxarılan beton və sütun parçalarının istintaqda vacib dəlillər arasında yer alacağı qeyd edilir.

Həmçinin çökən binanın ətrafında yerləşən və ehtiyat tədbiri olaraq boşaldılmış üç binadan da əsas nümunələr götürülüb.

Xatırladaq ki, İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli binanın çökməsi nəticəsində üç nəfər həyatını itirib.

Həmçinin sözügedən binanın aylar əvvəl çəkilmiş videogörüntülərində tikilidə çatlar əmələ gəldiyi və getdikcə genişləndiyi əks olunub.

İstintaq tədbirləri çərçivəsində binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.