Beynəlxalq səyyahlar Ağdərədəki Gəncəsər monastırında olublar - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13 ölkəni təmsil edən beynəlxalq səyyahlar Ağdərə rayonuna səfərləri çərçivəsində Gəncəsər monastırını ziyarət ediblər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi nümayəndə heyəti Vəngli kəndində yerləşən tarixi komplekslə tanış olub.
Ziyarət zamanı qonaqlara Gəncəsər monastırının yaranma tarixi, memarlıq üslubu və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, işğal dövründə abidədə aparıldığı bildirilən dəyişikliklər, tarixi yazı və ornamentlərə müdaxilələr, eləcə də bu məsələlərin hüquqi aspektləri diqqətə çatdırılıb.
Xaçınçayın sahilində, hündür yaylada yerləşən Gəncəsər monastırı Alban memarlığının mühüm nümunələrindən biridir. Kompleks 1216-1238-ci illərdə alban knyazı Həsən Cəlalın təşəbbüsü ilə inşa olunub. Uzun illər alban katolikosatının mərkəzi kimi fəaliyyət göstərən monastır 1836-cı ilədək sonuncu alban katolikoslarının iqamətgahı olub.
Bildirilib ki, müxtəlif dövrlərdə aparılan müdaxilə, bərpa və yenidənqurma işləri abidənin memarlıq quruluşuna və ilkin görkəminə təsir edib. Tarixi daş kitabələrin, ornamentlərin və simvolların bir hissəsində dəyişikliklərin olduğu qeyd edilib.
Səfər zamanı, həmçinin 2024-cü ildə kompleksdə keçirilmiş yerində baxışın nəticələri barədə məlumat verilib. Abidənin tarixi mənsubiyyətinin araşdırılmasında yazılı mənbələrin, epiqrafik materialların, arxeoloji dəlillərin və memarlıq xüsusiyyətlərinin müqayisəli təhlilinin vacibliyi vurğulanıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Nursema”nın taleyindən özü də xəbərsiz imiş…
-
“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”
-
"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Füzuli Hüseynov kövrəldi
-
İlham Mayılov vəfat etdi
-
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
-
Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb - (Foto/Video)
XƏBƏR LENTİ
-
“Nursema”nın taleyindən özü də xəbərsiz imiş…
-
“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”
-
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
-
"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Füzuli Hüseynov kövrəldi
-
İlham Mayılov vəfat etdi
-
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
-
Zelim Kotsoyevin erməni rəqibindən qeyri-etik davranış - (Video)
-
Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb - (Foto/Video)
-
Rafinya "Qalatasaray"la oyunda iştirak etməyəcək
-
Beynəlxalq səyyahlar Ağdərədəki Gəncəsər monastırında olublar - (Foto)
-
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
-
Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
-
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı – (Video)
-
Güllünün qətlində günahlandırılan qızı ilə bağlı qərar verildi
-
Samsung bu 2 model üçün yeniləməni dayandırdı
-
Mikel Arteta dünyada ən çox maaş alan baş məşqçisi olacaq
-
Dərs buraxan şagirdlərin valideynlərinin cərimələnməsi ilə bağlı açıqlama
-
Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır
-
Özcan Denizin xanımına ağır itki
-
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
-
Murad Arif 15 il əvvəlki toy görüntüsünü paylaşdı - (Video)
-
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
-
2-ci Pyerluici Kollina peyda oldu: Türkiyədə gündəm oldu - (Foto)
-
Müğənni toyda canlı yayım açıb göz yaşı tökdü: “Abırsızlar, küçədə qalmışlar öndədir" - (Video)





