Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
Filmin rejissoru və ssenaristi iranlı Nader Saivar olacaq. Çəkilişlərə 2027-ci ilin əvvəlində başlanılması planlaşdırılır.
Hande Erçel filmdə ali təhsilli, orta təbəqədən olan Mərva adlı türk qadının obrazını canlandıracaq. Həyat yoldaşının Türkiyədə faciəli şəkildə həlak olmasından sonra Mərva Almaniyaya köçür və burada 12 yaşlı oğlu ilə birlikdə həyatına yenidən başlamağa çalışır.
Mərva alman ailəsinə məxsus dil məktəbində işə düzəlir. Lakin burada ailənin 15 yaşlı oğlu Lukanın təqibləri və qısnamaları ilə üzləşir. Təqiblər təkrarlanandan sonra Mərva baş verənləri oğlanın atasına danışmaq qərarına gəlir.
Lakin ailə ona kömək etmək əvəzinə Mərvanı yalan danışmaqda ittiham edir və ona qarşı amansız təzyiqlərə başlayır. Qadın oğlu naminə qərəzlərə və sistemə qarşı mübarizə apararaq özünü müdafiə etmək və həqiqəti sübut etmək üçün mübarizənin sonuna qədər getmək qərarına gəlir.
Filmdə alman ailəsinin atası rolunu məşhur aktyor Morits Blyaybtroy canlandıracaq. Digər ölkələrdən olan aktyorların adları isə daha sonra açıqlanacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Füzuli Hüseynov kövrəldi
-
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
-
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı – (Video)
-
Güllünün qətlində günahlandırılan qızı ilə bağlı qərar verildi
-
Özcan Denizin xanımına ağır itki
-
Murad Arif 15 il əvvəlki toy görüntüsünü paylaşdı - (Video)
XƏBƏR LENTİ
-
"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Füzuli Hüseynov kövrəldi
-
İlham Mayılov vəfat etdi
-
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
-
Zelim Kotsoyevin erməni rəqibindən qeyri-etik davranış - (Video)
-
Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb - (Foto/Video)
-
Rafinya "Qalatasaray"la oyunda iştirak etməyəcək
-
Beynəlxalq səyyahlar Ağdərədəki Gəncəsər monastırında olublar - (Foto)
-
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
-
Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
-
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı – (Video)
-
Güllünün qətlində günahlandırılan qızı ilə bağlı qərar verildi
-
Samsung bu 2 model üçün yeniləməni dayandırdı
-
Mikel Arteta dünyada ən çox maaş alan baş məşqçisi olacaq
-
Dərs buraxan şagirdlərin valideynlərinin cərimələnməsi ilə bağlı açıqlama
-
Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır
-
Özcan Denizin xanımına ağır itki
-
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
-
Murad Arif 15 il əvvəlki toy görüntüsünü paylaşdı - (Video)
-
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
-
2-ci Pyerluici Kollina peyda oldu: Türkiyədə gündəm oldu - (Foto)
-
Müğənni toyda canlı yayım açıb göz yaşı tökdü: “Abırsızlar, küçədə qalmışlar öndədir" - (Video)
-
Afət Fərmanqızı Vəfanın qardaşına 7 min ödəyəcək
-
Yaqut Babayeva uzun fasilədən sonra efridə: "Səhnəyə çıxdım, gördüm ki, tamaşaçı yoxdur" - (Video)
-
Kerem Demirbay: “Qalatasaray”ın ardıcıl 4 dəfə necə çempion olmasından danışsam, aləm dağılar"





