Şou-biznes

Yaqut Babayeva uzun fasilədən sonra efridə: "Səhnəyə çıxdım, gördüm ki, tamaşaçı yoxdur" - (Video)

9 Oktyabr 2026 15:42
Baxış: 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Yaqut Babayeva uzun fasilədən sonra efirdə görüntülənib.

Milli.Az xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində Türkiyədə başına gələn maraqlı hadisədən danışıb. O, iş üçün getdiyi vaxt konsertə dəvət aldığını və səhnəyə çıxarkən tamaşaçıları görə bilmədiyini bildirib.

Yaqut Babayeva həmin an yaşadığı təəccübü belə ifadə edib:

"Türkiyəyə həmişə işlə, sənətlə bağlı getmişəm, istirahət üçün yox. İsveçrəyə də səfərə getmişdim, məni konsertə dəvət etdilər. Səhnəyə çıxdım, gördüm ki, tamaşaçı yoxdur, görünmürlər. Dilxor oldum ki, bizə qulaq asan yoxdur. Sanki heç kim yoxdur. Ancaq ifam bitəndən sonra bir əl çaldılar ki...".

Müğənni daha sonra tamaşaçıların niyə görünmədiyini öyrəndiyini qeyd edib. Ona bildirilib ki, səhnə ifaçının diqqətini yayındırmaması üçün zalda əyləşən insanların üzərinə işıq salınmır.

"Sonra mənə dedilər ki, müğənni ifa edən zaman heç nə görməməlidir. Sənətçi ifa edərkən yalnız ifasını düşünməlidir. Ona görə də tamaşaçıların üzərinə işıq salmırlar ki, görünməsinlər".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.