Siyasət

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

9 Oktyabr 2026 14:12
Baxış: 282

Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində dayazlaşmanın səbəblərini müəyyənləşdirmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında bildirib.

"Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi mexanizmin yaradılmasına keçməliyik", - deyən dövlətimizin başçısı əvvəlcə Xəzər dənizi səviyyəsinin aşağı düşməsinə təsir edən bütün amillərin müəyyənləşdirilməsinin və vəziyyətin gələcək inkişafına obyektiv elmi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.