İkardi rəsmən boşandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin.
İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-cü ilin noyabrında başladığı hüquqi mübarizənin nəhayət gözlənilən nəticə ilə yekunlaşdığını bildirib.
İkardinin sözlərinə görə, məhkəmə Vanda Naranın aylıq 250 000 avro məbləğində aliment ödənilməsi tələbini rədd edib. Hakim Naranın özünü təmin etmək üçün kifayət qədər gəlirə və mülkiyyətə sahib olduğunu vurğulayıb.
Bundan əlavə, Naranın nikah səbəbindən şəxsi karyerasını qurban verməsi barədə iddiaları təsdiqini tapmayıb. Bu əsasla tələb olunan kompensasiya xarakterli təzminat ödənişi də təmin edilməyib.
Məhkəmə həmçinin məhkəmə xərclərinin üçdəiki hissəsinin İkardiyə ödənilməsi barədə qərar çıxarıb.
Aktivlərin və daşınmaz əmlakların təkrar onun mülkiyyətinə qaytarılması və ötürülmənin ləğv edilməsi ilə bağlı Milanda ayrı bir məhkəmə prosesinin davam etdiyini bildirən ulduz futbolçu bu işin hələ tam yekunlaşmadığını qeyd edib.
Bu qərarı həyatında yeni bir mərhələ kimi dəyərləndirən futbolçu paylaşımını bu sözlərlə yekunlaşdırıb: "Bu gün mən bu qərarı və yeni bir eranın başlanğıcını qeyd edirəm. Qədəh qaldırmaq üçün əsas var".
Qeyd edək ki, 33 yaşlı argentinalı forvard "Qalatasaray"dan ayrıldıqdan sonra hələ də heç bir klubla razılığa gəlməyib.
Mauro İkardi "Qalatasaray"ın heyətində ümumilikdə 134 rəsmi matça çıxıb, bu oyunlarda 77 qol vurub və 25 məhsuldar ötürmə müəllifi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
David Silva 40 yaşında futbola qayıtdı
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - (Foto)
-
Türkan Vəlizadənin yeni görünüşü - (Video)
-
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - (Foto)
-
Baş nazir vacib qərar imzaladı
-
Nobel Sülh mükafatının qalibi açıqlandı - (Foto)
-
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
-
Sabah Bakıda intensiv yağış yağacaq
-
İkardi rəsmən boşandı
-
Kliçko Kiyevi tərk etməyi məsləhət gördü
-
“Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir
-
Xuraman Əlizadə: “Qohumlarım görür, donuz, "kaşalot", balina niyə yazırsınız?" - (Video)
-
"Neftçi" "Sabah"a qarşı
-
Azərbaycan dondurma istehsalı artıb
-
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk
-
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - (Foto)
-
DİM-də yeni təyinatlar - Məleykə Abbaszadə əmr imzaladı - (Foto)
-
Zaurun oğlu ilə maraq yaradan Videosu
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Mourinyo 2 futbolçunu "Real"dan göndərir
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar





