Limon alarkən ehtiyatlı olun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər.
Milli.Az xəbər verir ki, Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqət yetirilməli olduğunu açıqlayıb.
Mütəxəssis qabığı zədələnmiş limonları almamağı tövsiyə edir. Onun sözlərinə görə, qabıqdakı kiçik bir zədə belə kif göbələyinin meyvəyə daxil olmasına şərait yarada bilər.
Mağazada problemin yeganə görünən əlaməti qabığın müəyyən hissəsinin süngər kimi yumşalması ola bilər. Sonradan isə həmin sahədə çürümə və kif sürətlə inkişaf edə bilər. Buna görə də limonun yalnız rənginə baxmaq kifayət etmir.
Qoxusuna da diqqət edin
Qautam bildirir ki, xarab olmağa başlayan limonun özünəməxsus, qeyri-adi qoxusu olur. Lakin mağazada müxtəlif qoxular bir-birinə qarışdığından bunu hiss etmək çətinləşə bilər.
Limonun qoxusu xoşagəlməzdirsə, onu almamaq məsləhətdir. Bu üsul çiyələk də daxil olmaqla digər meyvələri seçərkən də faydalı ola bilər.
Mütəxəssisin sözlərinə görə, kiflənmənin qarşısını almaq üçün limonlara yığımdan sonra göbələk əleyhinə vasitələr tətbiq olunur. Bununla belə, alış zamanı meyvənin qabığını və ümumi vəziyyətini yoxlamaq vacibdir.
Daha yaxşı limonu necə seçməli?
Qabığında zədə, sulu ləkə, görünən kif və dərin əziklər olmayan limonlara üstünlük vermək lazımdır. Qautam əlavə olaraq qabığın möhkəm olmasına və meyvənin ölçüsünə görə ağır gəlməsinə diqqət yetirməyi tövsiyə edir. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Polad Bülbüloğlu ilə tapança alıb onu aeroportda qarşılamağa getmişdik"
-
Putin ad gününü onlarla birlikdə keçirib - Kreml açıqladı - (Foto)
-
Qurtuluş 93-də dava: 2-3 oğlan iki qızı döydü - (Video)
-
Limon alarkən ehtiyatlı olun
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - rəsmi açıqlama - (Video)
-
Oktyabrın beş şanslı bürcü
XƏBƏR LENTİ
-
"Polad Bülbüloğlu ilə tapança alıb onu aeroportda qarşılamağa getmişdik"
-
Naxçıvanda bir evdə 2 dəhşətli olay: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi
-
Putin ad gününü onlarla birlikdə keçirib - Kreml açıqladı - (Foto)
-
Qurtuluş 93-də dava: 2-3 oğlan iki qızı döydü - (Video)
-
Bakıda mərkəzi yollarından biri 3 gecə bağlı olacaq
-
İlham Əliyev “Avaza” Kompleksinə gəldi - (Foto)
-
Azərbaycanda bu valyutalar bahalaşdı - Rəsmi
-
Xəzər dənizində yeni ada yarandı - (Fotolar)
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Donald Trampı Nobel mükafatına namizəd göstəriblər
-
Limon alarkən ehtiyatlı olun
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - rəsmi açıqlama - (Video)
-
Oktyabrın beş şanslı bürcü
-
“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” - Lalə Məmmədova
-
Süd məhsullarını bu qidalarla birlikdə yemək olmaz
-
Murat Ceylanın son halı təəccübləndirdi - (Foto)
-
Belə pomidorları almayın
-
Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - (Foto)
-
Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? - ana danışdı - (Video)
-
Rubio ilə razıyıq, heç bir perspektiv yoxdur - Peskov
-
Necla Uyqur vəfat etdi - (Foto)
-
Fidan Mansurovaya vəzifə verildi
-
“Həmin tarixədək İrana hücum etməyəcəyik” - Tramp
-
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
-
Günün qoroskopu: Biznes imkanlarınız parlaqdır





