İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ administrasiyası 1936-cı ildən bəri ilk dəfə ictimai edam həyata keçirməyə hazırlaşır. 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasında 13 nəfərin ölümünə səbəb olan hücuma görə ölüm hökmünə məhkum edilmiş keçmiş hərbçi Nidal Malik Həsənin güllələnmə dəstəsi tərəfindən edam olunması planlaşdırılır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset "Real America's Voice"a müsahibəsində Nidal Həsənin edamının ictimaiyyətə açıq olacağını bildirib.
O, insanların edamı izləyə bilməsi üçün şərait yaradılacağını deyib: "İnsanların bunu izləyə bilməsini təmin edəcəyik. Bu, ictimaiyyətə açıq olacaq. Çünki insanlar bu cür əməllərin ciddi nəticələrə səbəb olduğunu başa düşməlidirlər".
Bununla belə, edamın televiziya və ya internet üzərindən yayımlanıb-yayımlanmayacağı, eləcə də, kimlərin mərasimdə iştirak edə biləcəyi hələ dəqiqləşdirilməyib.
ABŞ mediasının məlumatına görə, ölkədə son ictimai edam 1936-cı ildə Kentukki ştatında Reyni Beteanın asılması ilə həyata keçirilib. Hərbi güllələnmə dəstəsi tərəfindən son edam isə 1945-ci ildə, İkinci Dünya müharibəsi zamanı fərarilikdə təqsirli bilinən sıravi Eddi Slovikə tətbiq olunub.
Nidal Həsənin edamı ilə bağlı açıqlamalar ABŞ-də ölüm cəzası və edam üsulları ətrafında müzakirələri yenidən gücləndirib.
Hazırda 56 yaşı olan keçmiş ordu psixiatrı Nidal Həsən 2009-cu ilin noyabrında Fort Hud hərbi bazasında törədilən hücuma görə hərbi məhkəmə tərəfindən ölüm hökmünə məhkum edilib. Həmin hücum nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb.
Həsən həbs zamanı polis tərəfindən güllələnib və qismən iflic olub. Onun edamının dekabrın 3-də həyata keçirilməsinin gözlənildiyi bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kliçko Kiyevi tərk etməyi məsləhət gördü
-
“Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir
-
Xuraman Əlizadə: “Qohumalrım görür, donuz, "kaşalot", balina niyə yazırsınız?" - (Video)
-
"Neftçi" "Sabah"a qarşı
-
Azərbaycan dondurma istehsalı artıb
-
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk
-
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - (Foto)
-
DİM-də yeni təyinatlar - Məleykə Abbaszadə əmr imzaladı - (Foto)
-
Zaurun oğlu ilə maraq yaradan Videosu
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Mourinyo 2 futbolçunu "Real"dan göndərir
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
-
Rusiya ordusu bu ərazilərdən geri çəkilir
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
-
Ayan Babakişiyeva: “Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm”
-
Qaradağda avtobus aşdı, yaralılar var - (Video)
-
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
-
İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
-
Ronaldonun anası: "Bundan şoka düşmüşdüm!"





