Türkmənistandan nə alırıq və nə satırıq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Prezidenti Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışında ölkəmizin Mərkəzi Asiya və eləcə də Türkmənistan ilə iqtisadi əlaqələrinin inkişafına diqqəti çəkib. 2025-ci ildə 208 milyon dollar ticarət dövriyyəmiz olan Türkmənistandan 114.5 milyon dollarlıq mal idxal etmişik. Qardaş ölkəyə ixracatımız 63.8 milyon dollar olub.
Milli.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?
Deputat bildirib ki, Azərbaycan Türkmənistan ilə ötən il 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib. Türkmənistandan idxalımız strukturunda enerji məhsulları üstünlük təşkil edir:
"Belə ki, qardaş dövlətdən təbii qaz (36.4 milyon dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (12.5 milyon dollar), ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (7.7 milyon dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq (7.4 milyon dollar), mineral və ya kimyəvi azot gübrələri (2.3 milyon dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün sürtkü yağları (1.4 milyon dollar) və digər məhsullar idxal etmişik".
V.Bayramovun sözlərinə görə, Türkmənistana satdığımız mallara gəldikdə isə emaledici kənd təssərrüfatı məhsulları üstünlük təşkil edir. Sözügedən dövrdə Azərbaycan Türkmənistana ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza (22.4 milyon dollar), dəmirdən və ya aşqarlanmamış poladdan alınmış məhsullar (7.8 milyon dollar), pambıq lifi (3.9 milyon dollar), qara metallardan alınan konstruksiyalar (1.8 milyon dollar), kərə yağı (931 min dollar) və başqa məhsulları ixrac edib:
"Digər qardaş türk dövlətləri ilə olduğu kimi, Türkmənistan ilə də ticarət dövriyyəsini daha da artırmaq prioritetdir. Əsas hədəf qeyri neft-qaz məhsulları üzrə ticari əməkdaşlığı gücləndirməkdir".
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
Azərbaycanda bu valyutalar bahalaşdı - Rəsmi
-
Neft bahalaşdı: “Brent” 102 dolları keçdi
-
Bakının 5 rayonunda torpaq və mənzillər bahalaşacaq - Açıqlama
XƏBƏR LENTİ
-
DİM-də yeni təyinatlar - Məleykə Abbaszadə əmr imzaladı
-
Zaurun oğlu ilə maraq yaradan Videosu
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Mourinyo 2 futbolçunu "Real"dan göndərir
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
-
Rusiya ordusu bu ərazilərdən geri çəkilir
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
-
Ayan Babakişiyeva: “Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm”
-
Qaradağda avtobus aşdı, yaralılar var - (Video)
-
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
-
İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
-
Ronaldonun anası: "Bundan şoka düşmüşdüm!"
-
Prezident: Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
-
Tramp İlon Maskı mükafatlandırdı
-
İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib
-
Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq
-
“Aşk-ı Memnu”nun aktyoru illər sonra – Tanınmaz dərəcədə dəyişib - (Foto)
-
Kukla Teatrının əməkdaşından şikayət – “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər”
-
Paşinyan Zeynəbin mahnısı ilə video paylaşdı





