Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin son illərdə qazandığı dinamika artıq ayrı-ayrı ikitərəfli əlaqələrin məcmusu deyil."
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, sözügedən münasibətlər ortaq maraqları və etimadı birləşdirən əməkdaşlıq məkanına çevrilməkdədir.
"Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu prosesin məntiqi davamı oldu. Prezident İlham Əliyevin toplantıdakı çıxışı Azərbaycanın regionla əlaqələrində yeni mərhələnin mahiyyətini aydın göstərdi. Bu mərhələnin mühüm hadisələrindən biri Azərbaycanın 2025-ci ilin noyabrında Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi oldu. Qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın regionda qazandığı siyasi etimadın göstəricisidir. Tarixi-mədəni bağlarla yanaşı, iqtisadi maraqlar, nəqliyyat və enerji əməkdaşlığı bu münasibətləri möhkəm siyasi dayaqlara söykəndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bunu Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü körpünün yaranması kimi qiymətləndirmişdi."
Millət vəkili göstərib ki, Azərbaycanın bu formata qoşulması iki region arasında yeni əlaqələr məkanının formalaşmasına imkan verir.
"Tarixən Böyük İpək Yolunun müxtəlif qollarını birləşdirən ərazilər bu gün müasir nəqliyyat xətləri və enerji layihələri ilə yenidən bir-birinə bağlanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya bu gün Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpü rolunu oynayır. Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin oktyabrında Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Orta Dəhlizin inkişafına dair birgə layihənin təqdim edilməsi bu istiqamətdə mühüm addım idi. Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən bu marşrutun imkanlarının genişlənməsi regional ticarətin inkişafına xidmət edir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu isə onu həmin sistemin əsas həlqələrindən birinə çevirir. Əlaqələrin dərinliyi iqtisadi münasibətlərin strukturunda da görünür. Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə bildirdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Beləliklə, münasibətlər ticarətdən qarşılıqlı investisiya və birgə istehsal mərhələsinə keçir. Dövlət başçısının "yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq" fikri gələcəyə hesablanmış yanaşmanı ifadə edir. Bu, tərəfdaşlığın iqtisadi dayanıqlığını artıracaq"
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Əlizadə: “Qohumalrım görür, donuz, "kaşalot", balina niyə yazırsınız?" - (Video)
-
Azərbaycan dondurma istehsalı artıb
-
Zaurun oğlu ilə maraq yaradan Videosu
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
XƏBƏR LENTİ
-
Xuraman Əlizadə: “Qohumalrım görür, donuz, "kaşalot", balina niyə yazırsınız?" - (Video)
-
"Neftçi" "Sabah"a qarşı
-
Azərbaycan dondurma istehsalı artıb
-
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk
-
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir - (Foto)
-
DİM-də yeni təyinatlar - Məleykə Abbaszadə əmr imzaladı - (Foto)
-
Zaurun oğlu ilə maraq yaradan Videosu
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Mourinyo 2 futbolçunu "Real"dan göndərir
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
-
Rusiya ordusu bu ərazilərdən geri çəkilir
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
-
Ayan Babakişiyeva: “Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm”
-
Qaradağda avtobus aşdı, yaralılar var - (Video)
-
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
-
İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
-
Ronaldonun anası: "Bundan şoka düşmüşdüm!"
-
Prezident: Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
-
Tramp İlon Maskı mükafatlandırdı





