"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanla Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 9-da Avaza şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında deyib.
"2020-ci il müharibəsindən sonra sülhə doğru uzun yol qət etdik. Bu kontekstdə 2020-ci ilin noyabrında atəşkəsin əldə olunmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin rolunu vurğulamaq istəyirəm. Lakin 2020-ci il noyabrın 9-da bəyanat imzalandıqdan sonra da təəsüflər olsun ki, faktiki olaraq sülhə nail ola bilmədik. . Ermənistanla Azərbaycan arasında sülhə nail olmağın yeganə real yolunun olduğu və bu sülhün arxitekturasının Almatı Bəyannaməsinin prinsipləri əsasında qurulduğu aydın idi. Etiraf etmək lazımdır ki, 1992-ci ildə Almatı Bəyannaməsinin qəbul edilməsi Ermənistanla Azərbaycan arasında münaqişənin eskalasiyasının qarşısını almadı. Otuz ildən artıq müddətdə münaqişə Almatı Bəyannaməsinin mövcud olduğu şəraitdə davam etdi və görünür, bu sənədin mövcudluğu heç hiss olunmurdu.
Tamdəyərli sülhün bərqərar olması üçün, obrazlı desək, Almatı Bəyannaməsini yenidən gündəmə gətirmək lazım idi. Biz də 2021-ci il oktyabrın 6-da Praqada Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən dördtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə bunu etdik. Ermənistanla Azərbaycan arasında sülh artıq gerçəkləşmiş faktdır. Bu gün qeyd edə bilərik ki, son iki ildən bir qədər artıq müddətdə ermənilərlə azərbaycanlılar arasında atışmalar nəticəsində nə ölən, nə də yaralanan olub. Bu, əvvəlki otuz ildən artıq dövrdən fərqlənir", - deyə o bildirib.
Paşinyan Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiya və demarkasiyasının həyata keçirildiyini qeyd edib.
"MDB-nin əsas sənədlərindən biri 1991-ci il dekabrın 21-də qəbul edilmiş Almatı Bəyannaməsidir. Bu sənədlə 11 sovet respublikası bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərinin toxunulmazlığını tanıyaraq və onlara hörmətlə yanaşaraq Sovet Sosialist Respublikaları İttifaqının mövcudluğuna xitam verildiyini bəyan edib.
Almatı Bəyannaməsi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olunmasında mühüm rol oynayıb. 2024-cü ildə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb və ratifikasiya edilib. Bu əsasnamə müstəqil Ermənistanla müstəqil Azərbaycan arasında bağlanmış ilk ikitərəfli, hüquqi cəhətdən məcburi sənəd olub.
Həmin sənəddə qeyd olunur ki, Ermənistan və Azərbaycanın müvafiq komissiyaları dövlət sərhədinin delimitasiyası prosesində əsas prinsip kimi Almatı Bəyannaməsini rəhbər tutacaqlar. MDB-nin bu fundamental sənədi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında paraflanmış sazişin mətnində də mühüm yer tutur. Sənədin preambulasında Almatı Bəyannaməsinə istinad edilir, birinci maddəsində isə deyilir, sitat gətirirəm:
"Keçmiş SSRİ-nin sovet sosialist respublikaları arasında mövcud olmuş sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq ictimaiyyət tərəfindən bu qismdə tanındığını təsdiq edərək, tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və onlara hörmətlə yanaşırlar"".
Həmin sazişin ikinci maddəsində isə deyilir: "Birinci maddəyə tam uyğun olaraq, tərəflər bir-birinə qarşı heç bir ərazi iddialarının olmadığını və gələcəkdə də belə iddialar irəli sürməyəcəklərini təsdiq edirlər. Tərəflər digər tərəfin ərazi bütövlüyünün və ya siyasi birliyinin tamamilə və ya qismən parçalanmasına, yaxud pozulmasına yönəlmiş hər hansı hərəkətləri, o cümlədən bu cür hərəkətlərin planlaşdırılmasını, hazırlanmasını, təşviq edilməsini və ya dəstəklənməsini həyata keçirməyəcəklər. Sitatın sonu".
Bu maddələri özündə əks etdirən sözügedən saziş 2025-ci il avqustun 8-də paraflanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Paşinyan Zeynəbin mahnısı ilə video paylaşdı
-
Paşinyanın hərəkətləri müzakirəyə səbəb oldu - (Video)
-
Ermənistanda hərbi xidmətə çağırış yaşı artırılır
-
Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan
-
“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan
XƏBƏR LENTİ
-
DİM-də yeni təyinatlar - Məleykə Abbaszadə əmr imzaladı
-
Zaurun oğlu ilə maraq yaradan Videosu
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Mourinyo 2 futbolçunu "Real"dan göndərir
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
-
Rusiya ordusu bu ərazilərdən geri çəkilir
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
-
Ayan Babakişiyeva: “Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm”
-
Qaradağda avtobus aşdı, yaralılar var - (Video)
-
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
-
İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
-
Ronaldonun anası: "Bundan şoka düşmüşdüm!"
-
Prezident: Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
-
Tramp İlon Maskı mükafatlandırdı
-
İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib
-
Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq
-
“Aşk-ı Memnu”nun aktyoru illər sonra – Tanınmaz dərəcədə dəyişib - (Foto)
-
Kukla Teatrının əməkdaşından şikayət – “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər”
-
Paşinyan Zeynəbin mahnısı ilə video paylaşdı





