“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan hökuməti Rusiya ilə ölkənin dəmir yollarının konsessiya əsasında idarə olunmasına dair sazişi ləğv etmək üçün hüquqi əsaslara malikdir.
Milli.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Infocom"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, hökumətin konsessiya sazişinin ləğvi üçün həm lazımi vasitələri, həm də hüquqi əsaslandırması var.
Paşinyan qeyd edib ki, bununla bağlı siyasi qərar qəbul edilərsə, sazişin ləğvi mümkündür.
"Bizdə konsessiya sazişini ləğv etmək üçün hüquqi əsaslar var. Məsələ siyasi qərardadır", - Paşinyan deyib.
Bununla belə, Ermənistan hökumətinin bu yola getmək istəmədiyini bildirən Baş nazir məsələnin dostluq yolu ilə həllinə üstünlük verdiklərini vurğulayıb.
"Biz bu yolla getmək istəmirik. Dostluq yolu ilə irəliləmək istəyirik. Rusiyalı tərəfdaşlarımızdan konsessiya hüququnu həm Rusiya, həm də Ermənistan üçün məqbul olan üçüncü ölkəyə satmalarını xahiş etmişik", - o, qeyd edib.
Qeyd edək ki, Ermənistanın dəmir yolu sistemi 2008-ci ildən "Rusiya Dəmir Yolları"nın törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu" tərəfindən idarə olunur. Konsessiya müqaviləsi 30 il müddətinə bağlanıb və daha 10 il uzadılma imkanı nəzərdə tutur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan
-
“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
XƏBƏR LENTİ
-
Soner Olgun süni tənəffüs aparatına qoşuldu
-
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
-
Berna Laçin saxlanıldı
-
Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
-
Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan
-
Bakıda məktəbli qətli: Uşağı məsuliyyətdən yayındırmaq üçün saxta sənəd düzəldirlər? - (Foto)
-
Bakının 5 rayonunda torpaq və mənzillər bahalaşacaq - Açıqlama
-
Yeni Ramana küçəsində təmir başlayır
-
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
-
“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan
-
Amansızlıqla qətlə yetirilən 24 yaşlı Fatimənin (Fotosu)
-
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
-
Dado və Elşad Xose bir arada - (Video)
-
Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?
-
Türkiyə millisində Montellanın yerinə keçəcək baş məşqçi müəyyənləşdi
-
Ukraynaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb
-
Zelim Tçkayev finalda məğlub olub
-
Ömər Rəcəbli dünya üçüncüsü olub
-
Pedro Rodriges karyerasını başa vurdu
-
Kıvanç Tatlıtuğun uşaqlıq (Fotosu)
-
Bakı–Qazax yolunda ağır qəza: 4 ölü, 1 yaralı var - Yenilənib
-
Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb - (Foto)
-
Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan





