Mədəniyyət

Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)

7 Oktyabr 2026 18:30
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu.

Konsertin əvvəlində musiqişünas Vəfa Abbasova bəstəkarın həyat və yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətindəki mühüm rolu və zəngin sənət irsi haqqında ön sözlə çıxış etdi.

Proqram boyunca Cahangir Cahangirovun ölməz əsərləri Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və xor qrupu tərəfindən səsləndirildi. Orkestrin baş dirijoru Mustafa Aşurov, xormeysteri isə Naala Baratelia idi.

Konsertdə solist qismində Gülyaz Məmmədova, Elçin Həşimov (tar), Almaz Orucova, Zakir Əliyev, Fərqanə Qasımova, Elnur Əhmədov (kamança), Nurlan Əzizbəyli, Amil Həsənoğlu, Günay İmamverdiyeva, İsmayıl Zeynalov və Mədinə Şahgəldiyeva (kamança) çıxış edərək bəstəkarın zəngin yaradıcılığından nümunələri dinləyicilərə təqdim etdilər.

Cahangir Cahangirovun musiqi irsinə həsr olunan bu sənət gecəsi bəstəkarın Azərbaycan professional musiqisindəki əvəzsiz mövqeyini bir daha nümayiş etdirdi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.