Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1 oktyabr 2026-cı il tarixində Vyanada Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzi və "Azərxalça" ASC-nin təşkilatçılığı ilə görkəmli xalçaçı-rəssam, xalçaşünas, pedaqoq və sənətşünas alim, Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş Azərbaycan xalçaçılıq sənəti sərgisinin açılışı keçirilib.
Azərbaycan xalçaçılıq sənətinin zəngin irsinin Avropada tanıdılması məqsədi daşıyan sərgi Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2026-cı il tarixli "Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən təşkil olunub.
Sərəncamda qeyd edildiyi kimi, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur. Sənətkar Azərbaycan xalq tətbiqi sənətinin inkişafına, tədqiqinə və təbliğinə mühüm töhfələr verib.
Lətif Kərimovun yaradıcılığı Azərbaycan xalçaçılığının inkişaf tarixində xüsusi yer tutur. Onun eskizləri əsasında toxunmuş çoxsaylı süjetli və portret xalçalar, eləcə də monumental xalçalar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan qiymətli sənət nümunələridir. Sənətkar Azərbaycan xalçalarının ornamental və kompozisiya xüsusiyyətlərini müəyyənləşdirərək onların sistemli təsnifatını işləyib hazırlayıb. Xalça sənəti üzrə apardığı fundamental tədqiqatlar isə bu gün də mötəbər mənbələr sırasında yer alır.
Sərginin açılış mərasimi 1 oktyabr saat 19:00-da Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. Ekspozisiyada "Azərxalça" ASC-nin Azərbaycan xalçaçılıq sənətinin müxtəlif bədii və kompozisiya xüsusiyyətlərini əks etdirən xalça nümunələri təqdim olunub.
Sərgidə "Azərxalça" ASC-nin gənc rəssamlarla əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş müasir xalçalarla yanaşı, klassik və milli xalça nümunələri də nümayiş etdirilib. Ekspozisiyada "Naxçıvan", "Qarabağ", "Cənnət narı 1", "Cənnət narı 2", "Yaddaşın memarı", eləcə də "Qabıstan", "Quba", "Xilə-Əfşan", "İsrafil", "Bulud Şuşa", "Xanlıq Ağçiçəklər", "Əl-ələ yallı", "Bakı" və "Zağlı" adlı xalçalar yer alıb.
Tədbirin açılış mərasimində Azərbaycanın Avstriyadakı diplomatik nümayəndəliyinin və Mədəniyyət Mərkəzinin nümayəndələri, Avstriyada fəaliyyət göstərən diplomatik korpusun üzvləri, Azərbaycan diasporunun nümayəndələri, eləcə də yerli mədəniyyət və incəsənət ictimaiyyətinin təmsilçiləri, sənətşünaslar və sənətsevərlər iştirak ediblər.
Sərginin açılışını Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova edib. Çıxışında Leyla Qasımova sərginin Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb: "Bu sərginin Vyanada təşkil olunması Azərbaycan xalçaçılıq sənətinin zəngin irsinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan xalçası əsrlər boyu formalaşan milli ənənələri, yaddaşı və estetik dəyərləri özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Bu sərgi vasitəsilə Azərbaycan xalçasının həm ənənəvi, həm də müasir nümunələrini Avstriya tamaşaçılarına təqdim etməkdən məmnunuq və inanırıq ki, layihə iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verəcək."
Daha sonra "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Emin Məmmədov çıxış edib. Qonaqları salamlayan sədr Azərbaycan mədəni irsinin, xüsusilə milli xalçaçılıq sənətinin Avstriya ictimaiyyətinə təqdim olunmasının, müxtəlif mədəniyyətlər arasında əlaqələrin möhkəmləndirilməsinin və Azərbaycan xalçasına beynəlxalq marağın artırılmasının əhəmiyyətini qeyd edib.
Bildirilib ki, sərgidə nümayiş olunan nümunələr Azərbaycan xalçaçılığının zəngin bədii ənənələrini, ornament və kompozisiya xüsusiyyətlərini, eləcə də xalqın mədəni yaddaşında xüsusi yer tutan xalça sənətinin müxtəlif istiqamətlərini əks etdirir.
Ekspozisiya Azərbaycan xalçasının yalnız dekorativ sənət nümunəsi deyil, həm də tarixi yaddaşı, estetik dünyagörüşünü və nəsildən-nəslə ötürülən sənətkarlıq ənənələrini yaşadan mühüm mədəni irs nümunəsi olduğunu nümayiş etdirir.
Sərgi 3 oktyabr 2026-cı il tarixində "Muzeylərin Uzun Gecəsi" - "ORF-Lange Nacht der Museen" layihəsi çərçivəsində də davam etdirilib. Həmin gün ekspozisiya saat 18:00-dan 00:00-dək ziyarətçilər üçün açıq olub. Tədbir çərçivəsində ziyarətçilərə xalçanın toxunma prosesi ilə yaxından tanış olmaq və bu prosesdə iştirak etmək imkanı yaradılıb. Toxuculuq prosesinə qoşulan iştirakçılar göstərdikləri əməyə görə "Azərxalça" ASC tərəfindən xüsusi sertifikatlarla təltif olunublar.
Lətif Kərimovun 120 illik yubileyi çərçivəsində Vyanada təşkil olunan sərgi görkəmli sənətkarın zəngin irsinin yad edilməsi ilə yanaşı, Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq mədəni platformada təqdim olunmasına da xidmət edir. Sərgi Azərbaycan xalçasının əsrlər boyu formalaşmış sənət ənənələrinin bu gün də yaşadıldığını, müasir yaradıcılıq yanaşmaları ilə inkişaf etdirildiyini və yeni auditoriyalara təqdim olunduğunu nümayiş etdirib.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
XƏBƏR LENTİ
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı





