Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinə sərnişin kanat yollarının layihələndirilməsi, tikintisi və bu nəqliyyat növü üzrə sərnişindaşıma xidmətlərinin təşkili də daxil edilib. Sənəd həmin xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin artırılmasını, rəqəmsal ödəniş həllərinin tətbiqini, digər nəqliyyat xidmətləri ilə inteqrasiyasını və vahid mərkəzdən idarə olunmasını nəzərdə tutur.
Bu dəyişiklik paytaxtın nəqliyyat imkanları ilə bağlı yeni suallar doğurur: Bakıda və Abşeron yarımadasında sərnişin kanat yolları inşa ediləcəkmi? Relyef, sərnişin axını və mövcud nəqliyyat şəbəkəsi nəzərə alınmaqla, hansı ərazilərdə belə layihələrin həyata keçirilməsi mümkün ola bilər?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, kanat yolları əsasən keçidin çətin olduğu, relyefin ənənəvi nəqliyyat əlaqələrinin qurulmasına maneə yaratdığı ərazilərdə təşkil olunur.
Onun sözlərinə görə, Bakının şərq və qərb hissələrində yüksəkliklərin olması bu nəqliyyat növünün tətbiqi imkanlarını nəzərdən keçirməyə əsas verir. Lakin bunun üçün şəhərin iqlim və geoloji xüsusiyyətləri ətraflı qiymətləndirilməlidir.
"Bakının küləyi nəzərə alınmalı, ciddi təhlillər və texniki-iqtisadi əsaslandırma aparılmalıdır. Bakıda sürüşmə zonaları da mövcuddur. Bütün bu təsirlər nəzərə alınmalı və sərnişin axınları ölçülməlidir. Mümkün mənfi təsirlər yoxdursa və ya minimum səviyyədədirsə, relyefli ərazilərdə kanat yollarının qurulması nəzərdən keçirilə bilər", - ekspert qeyd edib.
R.Ağamirzəyev relyef fərqinin olduğu yaşayış əraziləri sırasında Günəşli tərəflərini də göstərib. O, mümkün istiqamətlərdən biri kimi Bakı Su İdman Sarayından Badamdar istiqamətinə kanat yolu əlaqəsinin araşdırıla biləcəyini bildirib.
"Bakı Su İdman Sarayından Badamdar istiqamətinə belə bir xətt nəzərdən keçirilə bilər. Burada bulvar infrastrukturu var, Badamdar isə böyük yaşayış massividir. Bu ərazilərin əlaqələndirilməsi və xəttin gələcəkdə yaradılacaq nəqliyyat xətləri ilə kəsişməsi ümumi nəqliyyat şəbəkəsinin bir hissəsi kimi çıxış edə bilər. Amma yenə də ciddi təhlillər və texniki-iqtisadi əsaslandırma aparılmalıdır ki, layihənin həyata keçirilib-keçirilməməsi barədə daha dəqiq qərar verilsin", - deyə o vurğulayıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə açıqlamasında bildirib ki, Azərbaycanda kanat yollarından istifadə təcrübəsi mövcuddur. O, Balakəndə əsaslı təmir olunan və Laçında yaradılan kanat yollarını nümunə göstərib.
Ekspertin fikrincə, Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi də maraq doğurur və belə bir xətt gələcəkdə iki şəhər arasında alternativ nəqliyyat əlaqəsi yarada bilər.
"Bakıda kanat yolunun əsas üstünlüyü yol tikintisinin çətin olduğu və ya relyef fərqinin böyük olduğu ərazilərdə sərnişinlərin daha rahat daşınması ola bilər. Bunun üçün əvvəlcə hansı istiqamətlərdə sərnişin tələbatının daha çox olduğu müəyyənləşdirilməlidir", - E.Cəfərov bildirib.
O qeyd edib ki, kanat yolunun gündəlik sərnişindaşımada səmərəli istifadəsi üçün metro və avtobus marşrutları ilə rahat əlaqəsi təmin olunmalıdır.
"Əgər bu sistem düzgün qurulsa, kanat yolu Bakıda və digər şəhərlərdə gündəlik gediş-gəliş üçün istifadə olunan əlavə nəqliyyat növünə çevrilə bilər", - ekspert əlavə edib.
Gediş haqqına toxunan E.Cəfərov bildirib ki, kanat yolu ilə daşımalar adətən metro və avtobusdan ucuz olmur. Onun sözlərinə görə, qiymət marşrutun məsafəsindən və yaradılacaq infrastrukturdan asılı ola bilər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
XƏBƏR LENTİ
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü





