Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycandan olan Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova oktyabrın 4-də Tanzaniyanın Aruşa şəhərində IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, IPU-nun Avrasiya Qrupu üzrə İcraiyyə Komitəsinin vitse-prezidenti olan S. Mikayılova, həmçinin oktyabrın 5-dən 9-dək Aruşada keçirilən IPU-nun 153-cü Assambleyasında iştirak edir.
Qeyd edək ki, Assambleya çərçivəsində IPU-nun bütün nizamnamə orqanlarının, o cümlədən IPU Şurasının, daimi komitələrin, Parlamentarilərin İnsan Hüquqları Komitəsinin və Yaxın Şərq məsələləri üzrə Komitənin, həmçinin Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumunun iclasları keçirilir. IPU Şurası Aruşadakı sessiyasında təşkilatın yeni prezidentini seçəcək.
Ümumi debatlar "İnklüzivlik, etimad və hamı üçün bərabər imkanlar vasitəsilə düzgün dövlət idarəçiliyinin gücləndirilməsi və icmaların imkanlarının genişləndirilməsi" mövzusuna həsr olunacaq. Bu debatlar nümayəndələrə bu sahədə müzakirələr aparmaq, fikir mübadiləsi etmək və parlament tədbirləri hazırlamaq üçün platforma təqdim edəcək.
Assambleya gündəliyin fövqəladə bəndi, həmçinin Demokratiya və İnsan Hüquqları üzrə Daimi Komitə tərəfindən nəzərdən keçirilən tematik bənd - "Hamı üçün inklüziv sosial inkişaf: əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və imkanlarının genişləndirilməsi üzrə parlament strategiyaları" ilə bağlı qətnamələr qəbul edəcək.
Assambleyanın yekunlarına əsasən, debatların ümumi mövzusu üzrə yekun sənədin qəbul ediləcəyi gözlənilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib





