Cəmiyyət

Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi

5 Oktyabr 2026 17:40
Baxış: 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Güclü yağışlar Quba-Xınalıq yolunda sürüşmə təhlükəsini yenidən artırıb.

Milli.Az xəbər verir ki, hadisə yolun 30-cu kilometrində qeydə alınıb. Sürüşmə nəticəsində iri qaya parçaları və palçıq yola tökülərək hərəkəti tamamilə dayandırıb.

Hazırda yol bağlı olduğundan ərazidə nəqliyyatın hərəkəti mümkün deyil. Bu səbəbdən 8 kəndlə avtomobil əlaqəsi çətinləşib.

Sakinlərin sözlərinə görə, sürücülər maşınlarını yolun hər iki tərəfində saxlamaq məcburiyyətində qalır, qarşı tərəfdən gələn avtomobillər isə sərnişinləri götürərək hərəkətlərini davam etdirirlər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.