Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın qarşıdakı mərhələdə inkişaf və təhlükəsizlik fəlsəfəsini müəyyənləşdirən yeni konseptual yanaşma kimi qiymətləndirilə bilər.
Milli.Az xəbər verir ki, bunu Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında hərbi güc, milli təhlükəsizlik, iqtisadi müstəqillik, xarici siyasət, təhsil, vətənpərvərlik və informasiya təhlükəsizliyi kimi istiqamətlər bir-birindən ayrı məsələlər deyil, vahid dövlətçilik modelinin tərkib hissələri kimi təqdim olunub.
"Bu istiqamətləri birləşdirən əsas xətt güclü, müstəqil, öz imkanlarına arxalanan və ideoloji baxımdan dayanıqlı dövlət modelidir", - deyə S.Kərimli qeyd edib.
O bildirib ki, Azərbaycanın yaxın tarixi dövlət təhlükəsizliyinin yalnız sülh arzusu ilə təmin olunmadığını göstərir. Dünyada geosiyasi qarşıdurmaların və müharibə risklərinin artdığı bir şəraitdə ölkənin özünü qoruma imkanlarının daim yüksək səviyyədə saxlanılması zəruridir.
S.Kərimlinin sözlərinə görə, gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik istiqamətinə 9 milyard manata yaxın vəsaitin nəzərdə tutulması yalnız hərbi xərclərin artırılması deyil, mümkün risklərin qabaqlanmasına yönəlmiş strateji seçimdir. O hesab edir ki, Azərbaycanın güclü olması tarixin təkrarlanmasının qarşısını alan əsas amillərdən biridir.
Siyasi şərhçi qeyd edib ki, bu gücün digər mühüm tərəfi təhlükələrə münasibətdə formalaşan siyasi davranış modelidir. Onun sözlərinə görə, Azərbaycanda sabitlik və təhlükəsizlik təmin olunub, əsas risk mənbələri isə daha çox ölkə hüdudlarından kənarda formalaşır.
"Azərbaycanın özünə qarşı yönəlmiş təzyiq və zərbələri cavabsız buraxmaması, lazım gəldikdə daha sərt cavab vermək imkanına malik olması müdaxilənin qarşısını alan çəkindirmə mexanizminə çevrilir. Burada söhbət qarşıdurma axtarışından deyil, Azərbaycanın öz milli maraqlarını qorumaq üçün kifayət qədər siyasi, hərbi və iqtisadi resursa malik olmasından gedir", - deyə o vurğulayıb.
S.Kərimli bildirib ki, müasir dövrdə milli təhlükəsizlik anlayışı yalnız sərhədlərin və hərbi mövqelərin qorunması ilə məhdudlaşmır. İnternet, kiberməkan və süni intellektin sürətlə dəyişdirdiyi dünyada ideoloji təsirlər də sərhəd tanımır. Bu səbəbdən ideoloji təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilir.
Onun sözlərinə görə, belə şəraitdə təhsil mühüm müdafiə vasitəsidir. Cəmiyyətin savad və bilik səviyyəsi yüksəldikcə insanların dezinformasiya, yalan və manipulyasiyaların təsirinə düşmək ehtimalı azalır. Vətənpərvərlik də bu baxımdan yalnız emosional anlayış deyil, milli maraqlar ətrafında cəmiyyətin birliyini təmin edən strateji amildir.
Siyasi şərhçi 44 günlük Vətən müharibəsinin bu baxımdan mühüm təcrübə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqının vahid məqsəd ətrafında birləşməsi və eyni hədəfə yönəlməsi ölkənin milli məqsədlərini reallaşdırmasına imkan verib. Ermənistanın arxasında müxtəlif beynəlxalq qüvvələrin dayanmasına baxmayaraq, bu amil Azərbaycanın iradəsini dəyişməyib.
"44 günlük müharibənin təcrübəsi göstərdi ki, dövlətin hərbi imkanları qədər cəmiyyətin mənəvi və ideoloji hazırlığı da milli gücün tərkib hissəsidir", - deyə S.Kərimli əlavə edib.
O bildirib ki, informasiya məkanının təhlükəsizliyi də bu konsepsiyanın mühüm istiqamətlərindəndir. Xarici təsirlərlə formalaşan və cəmiyyətdə parçalanma, çaşqınlıq və inamsızlıq yaratmağa yönələn şəbəkələrin təsir imkanlarının azaldılması dövlət təhlükəsizliyinin daxili komponentlərindən biridir.
S.Kərimlinin sözlərinə görə, son illərdə müxtəlif təsir mərkəzlərinin nəzarətində olan şəbəkələrin neytrallaşdırılması və daxili təhlükə risklərinin aradan qaldırılması da bu kontekstdə qiymətləndirilə bilər. O qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanda daxili risk və təhlükə mənbələrinin olmadığını vurğulaması mövcud təhlükəsizlik reallığının ifadəsidir.
Siyasi şərhçi hesab edir ki, eyni yanaşma Azərbaycanın xarici siyasətində də özünü göstərir. Azərbaycan xarici siyasətini hər hansı güc mərkəzinin himayəsinə ehtiyac duyacaq şəkildə deyil, milli maraqlar əsasında qurur. Müxtəlif dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi, eyni zamanda heç bir blokun təsiri altına düşməmək müstəqil xarici siyasətin əsas xüsusiyyətlərindəndir.
Onun sözlərinə görə, bu, xüsusilə ərazisi və əhalisi böyük olmayan dövlətlərin böyük güclər arasında seçim etməyə məcbur qaldığı bir şəraitdə Azərbaycanın özünəməxsus modelini ortaya qoyur.
S.Kərimli bildirib ki, iqtisadi və maliyyə müstəqilliyi də siyasi müstəqilliyin əsas dayaqlarından biridir. Dövlətin öz maliyyə imkanlarına malik olması həm inkişaf layihələrinin, həm də təhlükəsizlik siyasətinin kənar dəstəkdən asılı olmadan həyata keçirilməsinə şərait yaradır.
"İqtisadi müstəqillik yalnız iqtisadi göstərici deyil, eyni zamanda milli təhlükəsizliyin təminatıdır. Prezident İlham Əliyevin Azərbaycanın əldə etdiyi resursları, o cümlədən silahları öz maliyyə imkanları hesabına aldığına dair fikri bunu aydın şəkildə göstərir", - deyə o vurğulayıb.
Siyasi şərhçinin sözlərinə görə, bu vahid konsepsiyanın mühüm istiqamətlərindən biri də ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasıdır. Burada məqsəd formal tədbirlərin keçirilməsi deyil, Azərbaycan reallıqlarının, ölkədə görülən işlərin və əldə olunan nəticələrin cəmiyyətə doğru, aydın və anlaşıqlı şəkildə çatdırılmasıdır.
S.Kərimli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, ölkənin sosial, iqtisadi, təhsil, səhiyyə və digər sahələrində baş verən dəyişikliklər də daim ictimai müzakirənin predmetinə çevrilməlidir.
Onun sözlərinə görə, bu istiqamətdə sovet dövründən qalmış şablonlardan və formal xarakter daşıyan tədbirlər praktikasından uzaqlaşmaq, müasir kommunikasiya üsullarına və real nəticəyə hesablanmış ideoloji fəaliyyətə keçmək zəruridir.
"Azərbaycanın üstünlüyü ondadır ki, ölkədə əldə olunan nəticələri şişirtməyə, əfsanələr yaratmağa ehtiyac yoxdur. Görülən işlərin və əldə olunan nəticələrin miqyası onların düzgün, obyektiv və vətəndaşın başa düşəcəyi dildə təqdim edilməsini kifayət qədər təsirli edir", - deyə S.Kərimli bildirib.
O əlavə edib ki, bu prosesdə Yeni Azərbaycan Partiyasının və digər ideoloji mərkəzlərin fəallığının təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Məqsəd ölkədə formalaşan müsbət ictimai-siyasi ab-havanın, həyata keçirilən tədbirlərin və Azərbaycanın reallıqlarının müasir üsullarla cəmiyyətə çatdırılması olmalıdır.
S.Kərimli hesab edir ki, Prezident İlham Əliyevin çıxışında səsləndirilən yanaşmalar ayrı-ayrı sahələr üzrə vəzifələrin sadalanmasından daha geniş məzmun daşıyır. Onun sözlərinə görə, burada güclü ordu, sabit cəmiyyət, savadlı və vətənpərvər vətəndaş, müstəqil xarici siyasət, iqtisadi və maliyyə imkanları, eləcə də təhlükəsiz informasiya məkanı vahid dövlətçilik konsepsiyasında birləşir.
"Bu konsepsiyanın mahiyyəti Azərbaycanın heç bir xarici qüvvədən asılı olmayan, öz qərarlarını özü verən, milli maraqlarını qorumaq imkanına malik və gələcək çağırışlara hazır dövlət kimi inkişaf etdirilməsidir", - deyə siyasi şərhçi vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxış edərkən Azərbaycanın qarşısında duran strateji vəzifələr sırasında hərbi gücün artırılması, ideoloji təhlükəsizliyin təmin olunması, təhsilin və vətənpərvərliyin gücləndirilməsi, ideoloji işin müasir tələblərə uyğun qurulması, fəal xarici siyasət və ölkənin tranzit imkanlarının genişləndirilməsi kimi məsələlərə toxunub. Dövlət başçısı həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpası, "Böyük Qayıdış" proqramının davam etdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)





