İlk insanlar belə olub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiensin üz cizgiləri alimlər tərəfindən rəqəmsal texnologiyaların köməyi ilə yenidən canlandırılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Mərakeşdə yerləşən Cebel İrhud ərazisindən aşkarlanan fosillər tədqiqat üçün əsas mənbə kimi istifadə olunub. Alimlər müxtəlif fərdlərə məxsus kəllə, çənə və diş qalıqlarını araşdıraraq onların əsasında 3D kəllə modeli hazırlayıblar.
Daha sonra yaradılan modelə əzələ, piy və dəri təbəqələri əlavə edilib. Bunun nəticəsində erkən Homo sapiens-in mümkün üz görünüşü ortaya çıxarılıb.
Rəqəmsal bərpada qabarıq qaş quruluşu, geniş burun və dolğun dodaqlar diqqət çəkir. Bununla belə, həmin insanların saç və saqqalının, eləcə də dəri rənginin necə olduğu fosillər əsasında dəqiq müəyyən edilə bilmir. Bu xüsusiyyətlərin elmi məlumatlar əsasında təxmini şəkildə modelləşdirildiyi bildirilir.
Qeyd edək ki, təxminən 315 min il əvvələ aid Cebel İrhud fosilləri Homo sapiens növünün məlum olan ən qədim qalıqları sırasında yer alır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mikrodalğalı soba xərçəng yaradır?
-
Dünən bişirilən yeməyi bu gün yemək olarmı?
-
Evdə tək qalanda insanların ən çox qorxduğu 5 hadisə
-
"Yeşil çam"ın məşhur aktyoru illər sonra - (Video)
-
Gəlinin toy libası bəyə həyatının şokunu yaşatdı - (Video)
-
Həftə sonunun ən şanslı 3 bürcü
-
Sobada ətli kartof kolbasası resepti
-
Şəmkirdə vəzifəli şəxs öldü
-
Bakıda tuneldə su boruları partladı - Maşınların hərəkəti çətinləşdi
-
"Qəbələ" səfərdə "Şəfa"nı məğlub edib
-
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Çağatay evlənir? - Sevgilisi danışdı
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
-
“Sən demə, sabah bazar günüdür” - TRIPP-in icrasının başlanma vaxtını açıqladı
-
“Qalatasaray”ın baş məşqçisi derbiyə buraxılmayacaq
-
Dünyaşöhrətli zərgər Bulqari vəfat edib
-
“Login” sözünün maraqlı tarixi
-
Sevinc Maniyeva vəfat etdi
-
Qazaxda kişi qazdan boğulub öldü
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Bakıda kişi evində ölü tapıldı
-
Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq





