Rusiya

Rusiyada zəlzələ oldu

5 Oktyabr 2026 10:14
Baxış: 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, yeraltı təkanlar oktyabrın 5-də, bazar ertəsi, yerli vaxtla saat 06:54-də (Bakı vaxtı ilə 02:54-də) qeydə alınıb. Zəlzələnin maqnitudası Rixter şkalası üzrə 4,1-ə çatıb. Seysmoloqlar bunu episentr ərazisində cüzi dağıntılara səbəb ola biləcək hiss olunan zəlzələ kimi qiymətləndirirlər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin maqnitudası 4,4 olub. 

Zəlzələ nəticəsində Rusiyanın həmin regionunun sakinləri arasında xəsarət alan olmayıb, dağıntılar qeydə alınmayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.