Dünya

ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var

5 Oktyabr 2026 10:50
Baxış: 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ hərbçiləri oktyabrın 4-də Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu bildirilən sürətli katerə zərbə endirib.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilib ki, hücum nəticəsində dörd nəfər ölüb.

ABŞ mediasının məlumatına görə, 2025-ci ilin payızında başlayan hücumlardan bəri narkotik qaçaqmalçılarının istifadə etdiyi ehtimal edilən katerlərdə ABŞ hərbçilərinin zərbələri nəticəsində 230-dan çox insan ölüb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.