"Flydubai" pilotu hər şeyi etiraf etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Flydubai" şirkətinin Dubay - Təl-Əviv reysini həyata keçirən təyyarəsini yerə çırpmaq niyyətində olduğu güman edilən pilotu dindirmə zamanı bildirib ki, hava gəmisini Təl-Əvivdəki Ben-Qurion Hava Limanına yönəltməyi planlaşdırıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ının jurnalisti Amit Seqal özünün "Telegram" kanalında danışıb.
Oxşar versiyanı mənbələrə istinadən "7-ci kanal" da irəli sürüb.
"O, eniş üçün adi yanaşma həyata keçirməyi, təyyarəyə müdaxilə etməyin artıq mümkünsüz olduğu son saniyələrdə isə onu terminala yönəltməyi planlaşdırırdı. Sui-qəsdin qarşısını yalnız yaralı hindistanlı pilotun nəyin bahasına olursa-olsun, qapını açmaq barədə qəbul etdiyi taleyüklü qərarı sayəsində almaq mümkün olub", - Seqal yazıb.
Mənbələrin sözlərinə görə, məhz buna görə də pilot yalnız İordaniya üzərindən uçarkən təyyarəni ələ keçirməyə cəhd edib. Telekanalın həmsöhbətləri iddia ediblər ki, onun planı, hər şeyin adi reysə bənzəməsi üçün İsrailə uçuşu davam etdirməkdən ibarət olub.
"7-ci kanal", öz növbəsində" iddia edib ki, təyyarəni ələ keçirməyi planlaşdıran ikinci pilot Həməm Əl-Həmmami dindirmə zamanı hücumu hələ "Flydubai"da işə düzəlməzdən əvvəl planlaşdırdığını bildirib.
"Hansı şirkətin Təl-Əvivə uçduğunu axtarıb yoxlayırdım və buna görə də "Flydubai"ı seçdim. Mən bütün şirkətlərə işə düzəlməyə çalışmışam. Bu əməliyyatı məni işə qəbul etməzdən əvvəl planlaşdırmışdım", - telekanal onun sözlərini sitat gətirib.
Bildirilib ki, pilot planı hələ iyul ayında həyata keçirməyə hazırlaşırdı, lakin son anda həmin reysdə olan ekipaj üzvlərindən biri ilə yaxın münasibətinə görə onu təxirə salmışdı.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi kabinədə pilotların davasından sonra Səudiyyə Ərəbistanının Təbuk Hava Limanına təcili eniş edib. Onlardan biri bıçaq yarası alıb, bundan sonra ikincisi təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib. Digər ekipaj üzvləri və sərnişinlər vəziyyətə müdaxilə ediblər.
"Flydubai" istintaq başa çatana qədər İsrailə uçuşları dayandırıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)





