Cəmiyyət

Nazir müəllimləri təbrik etdi

5 Oktyabr 2026 10:00
Baxış: 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müəllimlik peşəsinin əsas missiyası yalnız bilik vermək deyil, həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.

Milli.Az xəbər verir ki, bu fikir elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.

O qeyd edib ki, müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir:

"Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.