Bu gün Beynəlxalq Müəllimlər Günüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı ildə Beynəlxalq Əmək Təşkilatı və UNESCO tərəfindən "Müəllimlərin statusuna dair Tövsiyə" sənədi qəbul edilib. Bu il həmin sənədin qəbul edilməsinin 60-cı ildönümü tamam olur.
Milli.Az xəbər verir ki, Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 min 424 müəllim fəaliyyət göstərir.
Ölkəmizin hər bir uğurunun arxasında bir müəllimin zəhməti dayanır. "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram" deyən Ümummilli Lider Heydər Əliyev müəllim əməyini hər zaman yüksək qiymətləndirib, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Hər bir dövlətin inkişafı və gələcəyi onun əhalisinin təhsil səviyyəsi ilə bağlıdır. Son 25 ildə Azərbaycanda 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub. Son illərdə təqribən 600 məktəb binası tikilib və ya əsaslı təmir edilib. 2026-2027-ci tədris ilində 37 yeni təhsil müəssisəsi fəaliyyətə başlayıb.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Altıncı ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. 2020-ci ildə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıq göstərib. Bu müharibədə 20 təhsil işçisi şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif medallarla təltif edilib.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil ocaqlarının qurulması müəllim əməyinə verilən dəyərin bariz nümunəsidir.
Elm və Təhsil Nazirliyi tərəfindən son illər həyata keçirilən sertifikatlaşdırma prosesi müəllimləri davamlı peşəkar inkişafa təşviq edərək təhsil ictimaiyyətində ömür boyu öyrənmə mədəniyyətinin inkişafına töhfə verir. Sertifikatlaşdırma prosesi nəticəsində təqribən 90 min təhsilverənin əməkhaqqına əlavə edilib.
"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiq olunduğu məktəblərin sayı 30 faiz artırılaraq 2026-2027-ci tədris ilində 1001-ə çatdırılıb. Layihə ilə əhatə olunan şagird sayı isə 630 mini ötüb. STEAM layihəsi üzrə məktəblərin sayı 563-ə, əhatə olunan şagirdlərin sayı isə 312 min 197-yə çatdırılıb.
Ölkəmizdə müəllimlər XXI əsrin tələblərinə uyğun təhsil modelini həyata keçirərək şagirdləri gələcəyin çağırışlarına hazırlayırlar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları





