İdman

İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar

5 Oktyabr 2026 00:39
Baxış: 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin "Qalatasaray" futbol klubundan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardinin karyerasını İstanbul təmsilçisində davam etdirmək istədiyi iddia olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu yenidən "Qalatasaray"a qayıtmaq istəyir.

33 yaşlı futbolçunun yay transfer dönəmində bir sıra klublarla, o cümlədən "Latsio" və "Tottenhem"lə adı hallansa da, heç biri ilə müqavilə imzalamayıb.

Qeyd edək ki, İkardi "Qalatasaray"da dörd mövsüm ərzində 134 oyuna çıxıb, 77 qol vurub və 25 məhsuldar ötürmə edib.

Argentinalı hücumçu İstanbul klubu ilə dörd dəfə Türkiyə çempionu, bir dəfə Türkiyə Kuboku və bir dəfə Türkiyə Superkubokunun qalibi olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.