Ölkə

Nemət Pənahov vəfat etdi - (Foto)

4 Oktyabr 2026 21:10
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Nemət Pənahov vəfat edib.

Milli.Az "Unikal"a istinadla xəbər verir ki, mərhum sabah I Şıxlı kənd qəbirstanlığında dəfn ediləcək.

Qeyd edək ki, Nemət Pənahov 2020-ci ilin mayında DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilənlər arasında olub. Onlar Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurdular.

2021-ci ildə DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.