Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağıllı cihazların və mobil tətbiqlərin iş dünyasındakı hökmranlığı davam etməsinə baxmayaraq Rusiyada xüsusilə dövlət qurumları və nəhəng şirkətlər təəccüblü bir qərara imza atıblar. Mobil rabitədə yaşanan kəsintilər və mesajlaşma platformalarına gələn qəfil məhdudiyyətlər şirkətlərin ən təhlükəsiz sığınacaq hesab edilən ənənəvi stasionar xəttlərə maraq göstərməsinə səbəb olub.
Milli.Az xəbər verir ki, yayımlanan son tender və təchizat məlumatlarına görə, nəhəng şirkətlərin stasionar telefon alışı üçün ayırdığı büdcə 2026-cı ilin əvvəlindən etibarən ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 118 milyon rubl təşkil edib. İlin ilk səkkiz ayında dövlət qurumları və özəl şirkətlər tərəfindən 3 500-dən çox stasionar telefon alınaraq istismara verilib.
Mütəxəssislər texnologiya əsrində baş verən bu geri çəkilmənin arxasında üç əsas səbəbin dayandığını açıqlayıblar. Əsasən mobil şəbəkələrdə yaşanan əlaqə qopmalarının iş axınını pozduğunu qeyd edən mütəxəssirlər, ani mesajlaşma və zəng tətbiqlərinə tətbiq edilən məhdudiyyətlərin də qəbul edilən bu qərarda rol oynadığını bildiriblər. Digər tərəfdən, şirkətlər kabelli stasionar xətlərin dinlənilməyə və xarici müdaxilələrə qarşı mobil şəbəkələrdən qat-qat təhlükəsiz olduğunu düşünürlər.
Dövlət sektorunda stasionar xəttlərə maraq gündən-günə artsa da, özəl sektor nümayəndələri bu qərara daha ehtiyatla yanaşırlar. Özəl şirkət rəhbərləri masaüstü telefonlara nəhəng sərmayələr yatırmaq əvəzinə, mobil əhatə dairəsini artıran siqnal gücləndiriciləri və ratsiya (təcili əlaqə) sistemlərini işə salırlar.
Buna baxmayaraq, ölkənin aparıcı telekommunikasiya operatorlarından biri olan "Rostelecom"un səlahiyyətliləri təkcə şirkətlərin deyil, evlərində stasionar telefon xidmətinə qayıtmaq istəyən fərdi abonentlərin də sayında ciddi artım müşahidə olunduğunu bildiriblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
XƏBƏR LENTİ
-
Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
-
Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı - Siyahı
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib
-
Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir
-
"Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
Brüs Uillisin son halı - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Qəhvəni bu saatda için
-
Quzu əti bahalaşdı - (Video)
-
Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"
-
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib - (Foto)
-
Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub - (Foto)





