Dünya

Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı

5 Oktyabr 2026 17:10
Baxış: 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Nijni Novqorod vilayətində polis əməkdaşlarının keçirdiyi yoxlama zamanı yük maşınından bir neçə qadına aid meyit qalıqları aşkarlanıb.

Milli.Az xəbər verir ki, hadisə Bor körpüsü ərazisində baş verib.

Məlumata görə, yol polisi "Qazel" markalı avtomobili saxlayaraq yoxlama aparıb. Bu zaman yük maşınında olan şəxslərdən biri qəfil maşından düşərək ərazidən uzaqlaşıb.

Avtomobilə baxış zamanı yaşlı qadın və 18 yaşlı qıza aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.

İlkin araşdırma zamanı yük maşınının sürücüsünün daşınan yükdən xəbərsiz olduğu və bunun üçün muzdla cəlb edildiyi bildirilib.

Hadisə ilə bağlı araşdırma başlanılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.