Qoroskop

Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc

5 Oktyabr 2026 19:26
Baxış: 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Haqsızlıq qarşısında səssiz qalmaq bu üç bürcün xarakterinə demək olar ki, uyğun gəlmir.

Milli.Az xəbər verir ki, Qoçlar dərhal hərəkətə keçir, Tərəzi pozulan tarazlığı düzəltməyə çalışır, DOlça isə özünü birbaşa maraqlandırmayan məsələlərdə belə bərabərlik üçün səsini yüksəldə bilir.

1. Qoç: Haqsızlığı görəndə gözləmir
Marsın idarə etdiyi od bürcü Qoçun ən bariz xüsusiyyətlərindən biri sürətli reaksiya verməsidir. Xüsusilə müdafiəsiz birinin haqsızlığa uğradığını düşündükdə kənarda durmaq əvəzinə birbaşa hərəkətə keçir. Səhv gedən bir şey gördükdə düşüncəsini açıq və birbaşa şəkildə ortaya qoyur.

2. Tərəzi: Haqsızlığı tarazlığı pozan hal kimi görür
Veneranın idarə etdiyi Tərəzi üçün haqsızlıq düzəldilməli olan bir pozulma deməkdir. Qoç qədər ani hərəkət etmir; əvvəlcə yaşananları qiymətləndirir, tərəfləri tərəziyə qoyur və nəyin ədalətli olduğuna qərar verməyə çalışır. Lakin kimsənin haqsızlığa uğradığına əmin olduqda olduqca qətiyyətli tavr sərgiləyə bilir.

3. Dolça: "Məni maraqlandırmır" deyib keçə bilmir
Uranın idarə etdiyi Dolçanın yanaşması bir qədər fərqlidir. Onun üçün ədalət yalnız iki nəfər arasındakı mübahisədən ibarət deyil. Bərabərlik, sosial ədalət və qaydaların insanların həyatına necə təsir etməsi də məsələnin bir hissəsidir. Qarşılaşdığı haqsızlıqda sadəcə kimin haqlı olduğuna baxmaqla kifayətlənmir, "Bu niyə belədir?" sualını verərək məsələnin kökünü araşdırmağa çalışır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.