Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Tanzaniyanın Aruşa şəhərində keçirilən IPU-nun 153-cü Assambleyasının işində iştirak edir.
Qadın Parlamentarilər Forumunun iclasında Gender Tərəfdaşlığı Qrupunun sədri olan S. Mikayılova məruzə ilə çıxış edib.
Gender Tərəfdaşlığı Qrupunun fəaliyyəti barədə danışan S. Mikayılova bildirib ki, qrup öz mandatına uyğun olaraq bu Assambleyanın işində qadın nümayəndələrin iştirakını izləyib.
"Dünənə olan məlumata görə, Aruşada keçirilən Assambleyanın işində iştirakını bəyan edən nümayəndələrin 39,2 faizini qadınlar təşkil edib. Bu göstərici təsdiqlənərsə, IPU Assambleyalarının bütün tarixi ərzində ən yüksək göstərici olacaq. Bu, bizim təşviq və sanksiyalarımızın effektivliyini göstərir. Bununla belə, tərkibində iki və ya daha çox üzv olan 9 nümayəndə heyətində həm kişilər, həm də qadınlar eyni vaxtda təmsil olunmayıb. Onların arasında yalnız kişilərdən ibarət iki nümayəndə heyətinin bu Assambleyada səsvermə hüququ ilə bağlı sanksiyalarla üzləşəcəyi gözlənilir. Qrupumuz gələcəkdə belə bir vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün onlara müraciət etmək qərarına gəlib", - deyə o qeyd edib.
S. Mikayılova əlavə edib ki, qrup nümayəndə heyətlərində gender balansını, yəni nümayəndə heyətinin tərkibində ən azı 40 faiz kişi və 40 faiz qadının olmasını da nəzərdən keçirib.
"Bəyan edilmiş 132 milli nümayəndə heyətindən 37-si gender baxımından balanslıdır. Bu, əvvəlki Assambleyada müşahidə olunan tendensiyaya təxminən uyğundur", - deyə o izah edib.
Onun sözlərinə görə, qrup milli parlamentlərdə qadınların vəziyyətini də müzakirə edib.
"Bizi xüsusilə narahat edən məqam ondan ibarətdir ki, bir çox parlamentlərdə hələ də ya ümumiyyətlə qadın deputatlar yoxdur, ya da onların sayı çox azdır. Biz belə problemlərlə üzləşən nümayəndə heyətləri ilə işləmək öhdəliyimizə sadiq qalırıq", - deyə S. Mikayılova bildirib.
O bildirib ki, milli səviyyədə tərəqqini daha da təşviq etmək məqsədilə qrup Aruşada öz mandatına uyğun olaraq parlamentlərində qadınların payı 10 faizdən az olan digər nümayəndə heyətləri ilə dialoqlar keçirəcək və onlara öz dəstəyini təklif edəcək.
Qeyd edək ki, Parlamentlərarası İttifaqın 153-cü Assambleyası oktyabrın 9-dək davam edəcək. Assambleya çərçivəsində IPU-nun bütün nizamnamə orqanlarının, o cümlədən IPU Şurasının, daimi komitələrin, Parlamentarilərin İnsan Hüquqları Komitəsinin və Yaxın Şərq Məsələləri Komitəsinin iclasları, həmçinin Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumu keçirilir. IPU Şurası Aruşadakı sessiyası çərçivəsində təşkilatın yeni prezidentini seçəcək.
Ümumi debatlar "İnklüzivlik, etimad və hamı üçün bərabər imkanlar vasitəsilə düzgün dövlət idarəçiliyinin gücləndirilməsi və icmaların imkanlarının genişləndirilməsi" mövzusuna həsr olunacaq. Bu debatlar nümayəndələrə bu sahədə müzakirələr aparmaq, fikir mübadiləsi etmək və parlament tədbirləri hazırlamaq üçün platforma təqdim edəcək.
Assambleyada gündəliyin fövqəladə bəndi, eləcə də Demokratiya və İnsan Hüquqları üzrə Daimi Komitə tərəfindən nəzərdən keçirilən tematik bənd - "Hamı üçün inklüziv sosial inkişaf: əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və imkanlarının genişləndirilməsi üzrə parlament strategiyaları" ilə bağlı qətnamələrin qəbul ediləcəyi gözlənilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib





