İdman

"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol

5 Oktyabr 2026 14:16
Baxış: 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli jurnalist Emre Bol "Fənərbağça"nın "Turan Tovuz"la keçirdiyi yoldaşlıq görüşü ilə bağlı diqqətçəkən açıqlama verib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, İstanbul klubunun Azərbaycanda baş tutan qarşılaşmaya görə ödəniş aldığını bildirib. Jurnalist əvvəlcə "Fənərbağça"nın Türkiyədə deyil, Azərbaycanda yoldaşlıq oyunu keçirməsinə etiraz etdiyini, lakin daha sonra matçın klub üçün maliyyə baxımından əhəmiyyət daşıdığını öyrəndiyini deyib.

"Əvvəlcə onlara əsəbiləşdim. Azərbaycanda yoldaşlıq matçında nə işiniz var? Türkiyədə komanda yoxdur? Sonradan bunun üçün pul aldıqlarını öyrəndim. Buna görə artıq bir söz demirəm. "Fənərbaxça"nın hazırda pul qazanmağa ehtiyacı var", - deyə Emre Bol bildirib.

Qeyd edək ki, Bakıdakı "Turan Tovuz" - "Fənərbağça" qarşılaşması Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüş insidentlə də yadda qalıb. Meyson Qrinvudun qırmızı vərəqə almasından sonra Mateo Gounduzi komandanı meydandan çıxarmaq istəyib. Tərəflər arasında aparılan danışıqlardan sonra isə qərar dəyişib və Qrinvudun əvəzinə başqa futbolçu meydana daxil olduqdan sonra "Fənərbaxça" oyunu davam etdirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.