Mədəniyyət

Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)

4 Oktyabr 2026 14:32
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın Şəmkir rayonunda yerləşən tarixi Alman Lüterankilsəsində Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin III Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib.

Şəmkirdə tarixi Alman Lüteran kilsəsində keçirilən konsertAzərbaycan-Almaniya əlaqələrinin möhkəmləndirilməsinə vəmusiqi diplomatiyasının inkişafına töhfə verən mədənitədbirlərdən biri olub, bu barədə Fidan Hacıyeva Trend-ə bildirib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi vəAlman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunub və 3 oktyabr - Almaniyanın Birlik Gününə həsr edilib.

Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev Xalq artisti Fidan Hacıyevanı 50 illik yubileyi münasibətilə təbrik edərək Cəmiyyətin "Körpü" diplomunu ona təqdim edib.

Tədbirdə Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Həcər Verdiyeva çıxış edərəkalmanların Azərbaycan ərazisində məskunlaşma tarixindən, onların ölkəmizin ictimai və mədəni həyatına verdikləritöhfələrdən, Azərbaycan-Almaniya münasibətlərinin tarixi-mədəni aspektlərindən bəhs edib. O, həmçinin ŞəmkirdəkiAlman Lüteran kilsəsinin tarixi barədə məlumat verib.

Konsert proqramında Azərbaycan və Almaniya bəstəkarlarınınəsərləri, eləcə də vokal və opera musiqisinin müxtəlifnümunələri səsləndirilib.

Konsertdə Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, gəncsolistlər Altun Süleymanov, Zəhraxanım Abdullayeva və Asim Muradov, həmçinin "Mezzo" Kamera Orkestri iştirak edib. Tədbirin aparıcısı bədii qiraətçi Lalə Həsəncan olub.

Konsert anşlaqla keçib və böyük uğur qazanıb. Sənətçilərinçıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb vəuzunmüddətli alqışlarla müşayiət olunub. Xüsusilə Fidan Hacıyevanın Jorj Bizenin "Karmen" operasından parçaları ifaetməsi tamaşaçılarda böyük təəssürat yaradıb.

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor ÇingizAbdullayev Trend-ə müsahibəsində konsertin Şəmkir üçünmühüm mədəni hadisə olduğunu bildirib.

"Almaniyanın Birlik Gününə həsr olunmuş konsert çox uğurlukeçdi. Əlbəttə, bu uğurun əsas səbəbkarlarından biri bizimhörmətli Xalq artistimiz Fidan Hacıyeva və onun kollektivioldu", - deyə o bildirib.

Onun sözlərinə görə, tarixi Alman Lüteran kilsəsində keçirilənçıxış tədbirə xüsusi ab-hava bəxş edib.

"Şəmkirdəki bu kilsədə yeni nəfəs, yeni səslər yarandı. Bu səsləryüz ildən artıq bir dövrü əhatə edə biləcək səslər idi", - deyəprofessor qeyd edib.

Çingiz Abdullayev xatırladıb ki, kilsə XX əsrin əvvəllərindəinşa edilib və 1912-ci ildən fəaliyyət göstərib, sonradanbağlanıb, Azərbaycanın müstəqilliyinin bərpasından sonra isəyenidən bərpa edilərək müxtəlif tədbirlərin keçirildiyi məkanaçevrilib.

"Dünən keçirilən tədbir özünəməxsus atmosferi ilə fərqlənirdi. Fidan xanımın çox gözəl aurası var və bu məkanın sərbəst ab-havası onun ifasını daha da gözəlləşdirdi. Eyni sözləri onuntələbələrinin çıxışları haqqında da demək olar", - deyə o vurğulayıb.

Cəmiyyət sədrinin sözlərinə görə, konsert yalnız Şəmkirsakinləri tərəfindən deyil, Bakı və Gəncədən gələn qonaqlartərəfindən də böyük maraqla qarşılanıb.

"Qonaqlar həqiqətən heyrətləndilər. Həm klassik alman musiqisi, həm də Azərbaycan musiqisi səsləndi. Xüsusilə Fidan xanımın "Karmen"dən əsərləri ifa etməsi böyük təəssüratyaratdı. Bu ifa gurultulu alqışlarla qarşılandı", - deyə ÇingizAbdullayev bildirib.

O, tədbirin sənətçilərlə tamaşaçılar arasında səmimi ünsiyyətinyaranmasına da şərait yaratdığını vurğulayıb.

"Bütün ifaçılar gül-çiçəklə mükafatlandırıldılar. Çox səmimi vəmaraqlı bir ab-hava var idi. Şəmkir rayon sakinlərinin belətədbirlərə böyük maraq göstərdiyi hiss olunurdu", - deyə o qeydedib.

Çingiz Abdullayev tarixi kilsədə bu cür tədbirlərin gələcəkdə dədavam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

"Düşünürəm ki, bu təşəbbüs davam etdirilməlidir. Biz Alman-Azərbaycan Cəmiyyəti olaraq bu formatı gələcəkdə də vaxtaşırıdavam etdirmək istəyirik. Həm Fidan xanımın, həm də digərklassik ifaçıların iştirakı ilə burada belə tədbirlərin keçirilməsiniarzulayırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Fidan Hacıyevanın III Beynəlxalq Opera FestivalıXalq artistinin 50 illik yubileyinə və 30 illik yaradıcılıqfəaliyyətinə həsr olunub. Azərbaycan tarixində ilk dəfə olaraqbelə miqyaslı klassik sənət festivalı üç ay - 7 sentyabrdan 7 dekabradək davam edir. Festival çərçivəsində Bakı vəAzərbaycanın regionlarında, eləcə də Paris, London, Milan vəMinskdə ümumilikdə 30-a yaxın musiqi və digər mədənitədbirin keçirilməsi nəzərdə tutulub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.