Maraqlı

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

30 Sentyabr 2026 05:05
Baxış: 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

C vitamini deyildikdə ağlımıza ilk olaraq portağal və limon gəlir. Ancaq süfrələrimizdə tez-tez istehlak edilən qırmızı bibər tərkibindəki C vitamini miqdarı ilə bu iki meyvəni qabaqlayır. Xüsusilə çiy şəkildə yeyildikdə gündəlik C vitamini ehtiyacının mühüm bir hissəsini təkbaşına qarşılaya bilir.

Milli.Az xəbər verir ki, təxminən yarım stəkan doğranmış çiy qırmızı bibərdə 95 milliqram C vitamini mövcuddur. Orta ölçülü bir portağal isə təxminən 70 milliqram ehtiva edir. Bu da qırmızı bibərin miqdarına görə olduqca güclü bir C vitamini mənbəyi olduğunu göstərir.

Qırmızı bibərin önə çıxmasının səbəbi yalnız C vitamini ehtiva etməsi deyil. O, eyni zamanda beta-karotin başda olmaqla müxtəlif antioksidantlar da daşıyır. C vitamini isə immun sisteminin normal fəaliyyətinə töhfə verərkən kollagen istehsalı və dəmirin sorulması kimi bir çox prosesdə rol oynayır.

C vitamini suda həll olunan və yüksək temperatura qarşı həssas bir vitamin olduğu üçün bişirmə üsulu da əhəmiyyətlidir. Qırmızı bibər uzun müddət yüksək temperaturda bişirildikdə tərkibindəki C vitamininin bir hissəsi itə bilər. Buna görə də Vitamindən daha çox faydalanmaq istəyənlər üçün onu çiy və ya qısa müddət bişirilmiş şəkildə istehlak etmək tövsiyə olunur.

Portağal və limon güclü C vitamini mənbələri olsa da, bu vitamin təkcə sitrus meyvələrindən alınmır. Kivi, çiyələk, brokoli və qırmızı bibər kimi bir çox qida da yüksək miqdarda C vitamini ehtiva edir. Gündəlik qidalanmada müxtəlif tərəvəz və meyvələrə yer vermək C vitamini ehtiyacının qarşılanmasını asanlaşdırır. Qırmızı bibər də yüksək C vitamini tərkibi sayəsində bu məsələdə seçilən variantlardan biri kimi diqqət çəkir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.