ABŞ İrana qarşı sanksiyaları genişləndirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ İran Müdafiə Nazirliyinə silah və komponentlərin alınmasında yardım etməkdə ittiham olunan 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Milli.Az xəbər verir ki, sanksiya siyahısına Çin, Honkonq və Pakistanda yerləşən strukturlar da daxil edilib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, məhdudiyyətlər Donald Tramp administrasiyasının İrana iqtisadi təzyiq göstərilməsi və Tehranın təcrid olunmasına yönəlmiş daha geniş kampaniyasının bir hissəsidir.
"Maliyyə Nazirliyi maddi, texnoloji və ya maliyyə dəstəyi göstərən şəxsləri müəyyənləşdirməyə və onların fəaliyyətini məhdudlaşdırmağa davam edəcək", - deyə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
Onun sözlərinə görə, Vaşinqton İrana göstərilən dəstəyi qəbul etməyəcək və Tehrana yardım edən şəxsləri müəyyənləşdirmək, ifşa etmək və təcrid etmək istiqamətində fəaliyyətini davam etdirəcək.
ABŞ Maliyyə Nazirliyi sanksiyaların İranın silah proqramlarını bərpa etmək imkanlarını zəiflətmək, eyni zamanda Tehranın silah əldə etməsinə kömək edənlər üçün bunun maliyyə və iqtisadi nəticələrini artırmaq məqsədi daşıdığını bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"





