Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bu günün qoroskopunu təqdim edir.
Qoç
Merkurinin Əqrəb bürcündə olması beyninizə əsl super-casus gücləri bəxş edir. Təsadüfən eşitdiyiniz hər hansı bir söz, çoxdan bəri maraqlandığınız bir tapmacanın son parçası ola bilər.
Ağılınızın və intuisiyanızın sizə dediklərinə etibar edin. Sizi uzun müddətdir narahat edən bir məsələnin axırına çıxa bilmək həqiqətən də çox xoş olacaq.
Buğa
Ürəkdən gələn səmimi bir söhbətə hazır olun. Görünür, son zamanlar bəzi sədaqətlər sual altına düşüb. Bu gün məhz bunu nəhayət ki, aydınlaşdırmaq üçün əla gündür.
İnsanlar gerçək mövzulardan danışmağa daha açıq olacaqlar. Və bu gün heç kim suallardan yayına bilməyəcək.
Əkizlər
Görürəm ki, nədənsə çətinliklə üzləşəcəksiniz. Yaxşı xəbər odur ki, bu, baş verə biləcək ən pis şey deyil.
Hökmdar planetinizin Əqrəb bürcünə daxil olması vəziyyətə fərqli bucaqdan baxmağınıza səbəb olacaq. Bəli, müvəqqəti olaraq çıxılmaz vəziyyətdə qala bilərsiniz, amma bunun çox davam edəcəyini düşünmürəm.
Xərçəng
Bu gün sizin üçün əsl "Praktik Sehr" ab-havası yaradır. Əqrəb bürcü adətən qaranlıq elmlər və sehrli şeylərlə əlaqələndirilir.
Geyim ideyaları və ya evinizdəki dekorasiyalar barədə düşünmək üçün əla gün olacaq, çünki Merkurii sizi həqiqətən yaradıcı edir. Bu enerjidən yararlanın və nələr yarada biləcəyinizə baxın!
Şir
Nostalji bu gün çox güclüdür. Köhnə xatirələr üzərində düşünmək kiçik bir ailə sirrini yenidən gündəmə gətirə bilər.
Əvvəllər hər şeyi gizli saxlayan insanların bu barədə danışmağa daha çox meyilli olacağı bir gündür. Açıqfikirli olun və marağınızı qoruyun.
Qız
Siz sətiraltı mənaları oxumağın əsl ustasısınız. Kimsə sizdən nəsə gizlətməyə çalışırsa, ona uğurlar arzulamaq lazımdır. Çünki siz hər hansı şübhəli məqamı dərhal fərq edəcəksiniz.
Merkuri Əqrəb bürcündə olanda zehniniz həddindən artıq iti olur. Gözünüzdən heç nə yayına bilməz. Tək istədiyiniz dürüstlükdür və buna nail olmaq üçün kiminsə üzünə birbaşa deməkdən çəkinməyəcəksiniz.
Tərəzi
Əqrəb bürcündəki Merkurinin enerjisi elədir ki, ən gözlənilməz yerlərdə pul tapmağınıza səbəb ola bilər. Məsələn, camaşırxanada və ya aylardır geyinmədiyiniz şalvarınızın cibində.
Bəli, sizi çoxlu gözləntilər gözləyir. Bolluğun həyatınızda məhz harada təzahür edəcəyini əvvəlcədən deyə bilmərəm, amma bunun baş verəcəyinə demək olar ki, əminəm.
Əqrəb
Merkurinin sizin bürcünüzdə olması onsuz da təsir edici olan detektivlik bacarıqlarınızı tamamilə yeni səviyyəyə qaldırır. Fərq ondadır ki, adətən məlumatı özünüz axtarmalı olursunuz. Lakin bu dəfə belə olmayacaq.
İnsanlar demək olar ki, özləri məlumatları üstünüzə yağdıracaqlar. Hər şeyi dərindən mənimsəyin. Onunla nə etmək lazım olduğunu dəqiq biləcəksiniz.
Oxatan
Düşünürəm ki, özünüzlə bağlı yeni bir şey kəşf edəcəksiniz. Əqrəb bürcündəki Merkurii sizi adət olduğundan daha özünü dərk edən edir.
Bu enerji intuisiyanızın səsini elə qaldırır ki, sanki sizi uzaqgörənə çevirir. Qulaq asın!
Oğlaq
Bu gün siz əsl xarakter bilicisiniz. Bu, yeni biri ilə tanış olanda çox işinizə yarayacaq. Hər kəsin bu insandan xoşu gəlməsi bəzən sizin üçün qırmızı işarə (şübhə doğuran məqam) ola bilər.
Əqrəb bürcündəki Merkurinin yaxşı cəhəti odur ki, sizi qabaqcadan tələsik nəticələr çıxarmağa məcbur etmir. Əgər bu insan həqiqətən saxtadırsa, vəziyyəti uyğun şəkildə idarə edəcəksiniz. Amma həmin o "qırmızı işarənin" əslində sadəcə yanıltmaca olub-olmadığını görəcək qədər də müdriksiniz.
Dolça
Səhhətinizin elə də yaxşı olmaması və düşündüyünüzdən daha çox vaxt alan bir məsələni həll etməyiniz ehtimalı yüksəkdir. Bunun üçün Əqrəb bürcündəki Merkuriyə təşəkkür edə bilərsiniz, çünki bu enerji sizə düzgün suallar verməyi öyrədir.
Tam səmimi desək, siz demək olar ki, əsl mastermind (dahiyanə beyin) səviyyəsindəsiniz. Növbəti addımlarınızı planlaşdırmaq üçün o gözəl zehninizdən istifadə edin.
Balıqlar
Bu gün Ay tərəfindən dəstəklənirsiniz ki, bu da peşəkar sahədə sürətli və inamlı qərarlar qəbul etməyinizə kömək edir. Yeni biznes və ya karyera imkanları qarşınıza çıxa bilər ki, bu da özünəinamınızı artıracaq. Biznes tərəfdaşınızın dəstəyi ilə yaxın gələcəkdə biznesin inkişafına töhfə verə biləcək innovativ bir layihəyə başlamağınız ehtimal olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
XƏBƏR LENTİ
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"





