Zamanı ən dəqiq ölçən saat hazırlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sinqapur Milli Universitetinin alimləri rekord dəqiqliyə malik lutesyum atom saatı hazırlayıblar.
Milli.Az xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq mərtəbəyə qədər ölçülüb və ölçmələrdə 1 × 10⁻¹⁹ səviyyəsində qeyri-müəyyənlik əldə edilib. Bu, indiyədək optik atom saatları üçün qeydə alınan ən aşağı göstəricidir.
Saat lutesium-176-nın tək ionundan istifadə edir. Alimlərin sözlərinə görə, lutesiumun keçid tezliyi temperatur dəyişiklikləri və maqnit sahələrindən demək olar ki, təsirlənmir. Bu isə saatın müxtəlif mühitlərdə yüksək dəqiqliklə işləməsinə imkan verir.
Tədqiqatçılar iki lutesyum saatının göstəricilərini 200 saat ərzində müqayisə ediblər. Saatlar 5,7 × 10⁻¹⁹ qeyri-müəyyənlik səviyyəsində uyğunluq göstərib. Bu nəticə ən həssas saat müqayisələrindən biri kimi qeydə alınıb.
Alimlər bildirirlər ki, belə yüksək dəqiqlikli saatlar cazibə qüvvəsinin zamanın axışına təsirini hətta millimetr səviyyəsində müəyyən edə bilər. Bu texnologiya Yer kürəsində cazibə dəyişikliklərinin izlənilməsi, yeni zaman standartlarının hazırlanması və fundamental fizika üzrə araşdırmalar üçün istifadə oluna bilər.
Hazırda saniyənin müəyyənləşdirilməsində sezium atomlarından istifadə edilir. Lakin optik atom saatlarının inkişafı gələcəkdə saniyənin yeni standartının müəyyənləşdirilməsinə imkan yarada bilər.
Növbəti mərhələdə lutesyum saatınının dəqiqliyini qorumaqla daha kiçik və daşınan sistemə çevirmək planlaşdırılır.
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama





