“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sabah" Futbol Klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki dörd ev oyunu üçün paket biletlərin satışının 1 oktyabr tarixində başa çatacağını elan edib.
Milli.Az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda qeyd olunub.
"Paket biletlər azarkeşlərə "Sabah"ın "Slaviya" (Praqa), "Borussiya" (Dortmund), "Barselona" və "Napoli" ilə keçirəcəyi dörd ev oyununu stadionda izləmək və bütün qarşılaşmalarda eyni yeri təmin etmək imkanı verir.
Azarkeşlərimizin göstərdiyi böyük marağa və dəstəyə görə təşəkkür edirik. Paket biletlərin satışı gözləntilərimizi üstələyib və artıq bütün dörd ev oyunu üçün yüksək azarkeş marağının olduğunu göstərib.
Paket biletləri oktyabrın 1-i saat 12:00-dək əldə etmək mümkündür. Bu vaxtdan sonra dörd oyunu əhatə edən paketlərin satışı dayandırılacaq.
Paket satışları başa çatdıqdan sonra klub növbəti mərhələyə - hər oyun üçün fərdi biletlərin satışına keçəcək. Fərdi biletlərin satışının başlanma tarixi və digər məlumatlar klubun rəsmi informasiya resurslarında ayrıca elan ediləcək.
Çempionlar Liqasının bütün dörd ev oyununda eyni yeri təmin etmək istəyən azarkeşlərimizi paket biletlərini qeyd edilən tarixədək əldə etməyə dəvət edirik. Qarşıda bizi dörd böyük Avropa futbol gecəsi gözləyir", - məlumatda qeyd olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər





