Şou-biznes

Bu xəbərlər Samiri depressiyaya salıb

29 Sentyabr 2026 00:25
Baxış: 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Əvvəllər efirə, hər yerə gecikirdim, qeyri-dəqiq olmuşam. Çox yatırdım. Pandemiyadan sonra o qədər dəyişdim ki, indi 6-7, ən gec 8-də oyanıram".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov "Sevilən səhər" proqramında deyib. Sənətçi bildirib ki,artıq insanların onunla bağlı düşüncələrini dəyişib:

"Özümdən asılı deyil. Hava qaranlıqdır, heç kimə zəng etmək olmur, mən oyağam. Bir də Aygün Kazımova oyanır belə tez".

S.Bağırov haqqında yayılan xəbərlərdən və efirlə bağlı söz-söhbətlərdən də danışıb. O, əvvəlki kimi bu məsələlərə görə depressiyaya düşmədiyini vurğulayıb:

"Haqqımda yayılan xəbərlər oldu. Bir az depressiyaya düşdüm. Əvvəl olsa, düşərdim, amma olmadı. Efirlə bağlı söz-söhbətlər yarandı. Məni heç həyəcanlandırmadı da. Əsas indi efirdəyəm".(axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.