Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərhum Əməkdar artist Cabir İmanovun vəfatından bir il ötür.
Milli.Az xəbər verir ki, əməkdar artist Bəhram Bağırzadə həmkarı, mərhum Əməkdar artist Cabir İmanovun xatirəsinə kitab həsr edib.
Bəhram Bağırzadə paylaşımında mərhum sənətçi ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Cabir İmanovun vəfatından bir il keçməsinə baxmayaraq, onunla daxilən danışmağa davam edir:
"Bu il ərzində onunla daxilən danışmadığım bir gün belə olmayıb. Biz həmişə zarafat edirdik və o, indi yanımda olmasa da, bu davam edir. Bəlkə də ona görə ki, mənim üçün o, yaşayır. Haradasa yanımdadır. Sadəcə burada deyil".

Bağırzadə qeyd edib ki, kitabda Cabir İmanovun uşaqlıq arzusundan bəhs olunur. Onun sözlərinə görə, mərhum sənətçi uşaqlıqdan polis olmaq istəyib və xidmətə qəbul olunması xəbərini ilk çatdırdığı şəxslərdən biri Bəhram Bağırzadənin atası Arif Bağırzadə olub.
"Qoy bu kitab vida deyil, davam olsun. Çünki biz xatırladıqca onlar bizimlədir. Onlarla danışdıqca bizi eşidirlər. Sevdikcə onlar yaşayırlar", - deyə Bəhram Bağırzadə bildirib.
Qeyd edək ki, "Parni iz Baku" KVN komandasının üzvü ötən il sentyabrın 29-da idman zalında qəfil ürəktutmasından dünyasını dəyişib. Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, geniş tamaşaçı auditoriyasına "Parni iz Baku" KVN komandası ilə tanınıb. Aktyorun ən yaddaqalan obrazlarından biri isə "Məhəllə" filmində canlandırdığı Elşən (Eliş) obrazı olub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
XƏBƏR LENTİ
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)





