İdman

Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”

13 Noyabr 2026 09:30
Baxış: 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Keçmiş futbolçu Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.

Milli.Az xəbər verir ki, o, "Eğlence" proqramına müsahibəsində səkkiz ildir davam edən evliliklərindən söz açıb. Aslıhan bildirib ki, münasibətləri boyunca yaşadıqları ayrılıqlar və çətinliklər bir-birlərinin qədrini daha yaxşı bilmələrinə səbəb olub.

Məşhur sima həyat yoldaşı ilə münasibətlərinin ilk dövrlərində baş verən bir hadisəni də xatırlayıb. Onun sözlərinə görə, bir dəfə Arda Turanın evə daxil olmasını istəməyib və bunun qarşısını almaq üçün yaşadıqları kompleksin mühafizə xidmətinə zəng edib. O, futbolçunun binaya buraxılmamasını istəyib.

Aslıhan həmin vaxt yaşanan inadlaşmanın münasibətlərinin sonrakı mərhələsinə təsir etdiyini və nəticədə onları evliliyə gətirib çıxardığını bildirib.

İki oğul anası olan Aslıhan Doğan Turan övladlarının dünyaya gəlməsindən sonra ailə bağlarının daha da möhkəmləndiyini də bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.