Cəmiyyət

Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)

12 Noyabr 2026 23:00
Baxış: 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən evlərin və obyektlərin söküntüsü davam edir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söküntü işləri Əmircan qəsəbəsi ərazisində də aparılır.

Dəmir yolunun mühafizə xəttinə yaxın tikililər sökülür. Amma xüsusilə dəmiryol xəttinin mühafizə zolağına yaxın ərazilərdə obyektləri olan sahibkarlar prosesdən narazıdırlar.

"Biz buradan evimizə çörək aparırdıq. İndi obyektlərimiz sökülür, əvəzində isə heç bir kompensasiya ödənilmir", -deyə sahibkarlar bildirirlər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən isə bildirildi ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı"na əsasən, Bakıxanov-Binə-Qala xəttinin bərpası üzrə də işlərə başlanılıb. Dəmiryol xətti üzrə yol infrastrukturunun təhlili aparılıb, yol layihəsi ilə bağlı işlər tamamlanıb. Bu dəmiryol xətti boyunca mühafizə zonasında yerləşən tikililər üzrə 280-ə yaxın mülkiyyətçi qeydə alınıb, müvafiq protokollar imzalanıb. Hazırda söküntü işləri davam etdirilir, bəzi ərazilərdə isə çəpərləmələrə başlanılıb.

O ki qaldı kompensasiya ödənilməsi məsələsinə, qeyd olundu ki, işlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Nazirlər Kabinetinin qərarına əsasən aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.