Siyasət

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)

12 Noyabr 2026 21:54
Baxış: 122

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi.

Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulandı. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracının artırılması üçün əlavə imkanların olduğu bildirildi, bu baxımdan Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulandı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.