Hadisə

Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək

13 Noyabr 2026 11:06
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qaradağ rayonunun Qobustan qəsəbəsində daha bir körpü sökülərək yenidən tikiləcək.

Milli.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) M2 Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində yerləşən körpünün yenidən qurulmasına başlayıb.

Bu, Qobustan qəsəbəsində yenilənən sayca dördüncü, son aylarda isə Qaradağ rayonunda yenidən tikintisinə başlanılan altıncı körpüdür.

Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə uyğun yeni körpünün inşası nəzərdə tutulub.

Qeyd edək ki, son aylarda Qobustan qəsəbəsində yerləşən üç körpünün tikintisi başa çatdırılıb. Bundan başqa, Qaradağ rayonunun Səngəçal-Çeyildağ avtomobil yolunun 13-cü kilometrliyində və Lökbatan-Güzdək avtomobil yolunun 2,2-ci kilometrliyində yerləşən körpülər də yenidən tikilərək istifadəyə verilib.

Hazırda Qobustan qəsəbəsində növbəti körpünün yenidən qurulması istiqamətində işlər davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.