Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən Azərbaycanda saxlanılan "Barış Boyun" cinayətkar qruplaşmasının liderlərindən olan Mehmet Rəcəb Dəmirlə (Mehmet Recep Demir)bağlı təfərrüatlar üzə çıxıb.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, Türkiyədə "Barış Boyun" silahlı cinayətkar dəstəsinin rəhbər şəxslərindən biri hesab edilən Mehmet Rəcəb Dəmirin İstanbulda iş adamına qarşı sui-qəsd planının təşkilində iştirak etdiyi məlum olub.
Məlumata görə, Mehmet Rəcəb Dəmir və cinayətkar dəstənin digər rəhbər şəxsi Mirhan Aygün valyutadəyişmə məntəqəsinin sahibi Mustafa Akın öldürülməsini planlaşdırmaqda ittiham olunurlar.
İstintaq materiallarına əsasən, Mehmet Rəcəb Dəmir 2024-cü il fevralın 5-də Mustafa Akın İstanbulun Bakırköy rayonundakı "Balkon Cafe"də olduğunu öyrənib. Bundan sonra o, Mirhan Aygün vasitəsilə muzdlu qatillərə avtomobil və silah göndərilməsini təşkil edib.
Həmin gün saat 23:10-da kafeyə silahlı hücum həyata keçirilib. Lakin Mustafa Ak hadisədən bir qədər əvvəl məkanı tərk edib. Atəş nəticəsində kafedə olan Məhəmməd Çakmakçı (Muhammet Çakmakçı) ağır yaralanaraq bir gözünü itirib.
İstintaqın məlumatına görə, silahlı hücuma səbəb Mustafa Akın 9 milyon avroluq borc mübahisəsi olub.
İstanbul Baş Prokurorluğunun hazırladığı 1121 səhifəlik ittiham aktında Mehmet Rəcəb Dəmir cinayətkar təşkilatın rəhbər şəxslərindən biri kimi göstərilib.
Mehmet Rəcəb Dəmir və digər rəhbər şəxslər barəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, silahlı cinayətkar dəstəyə üzv olma, əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürməyə cəhd, silahlı hücum, ağırlaşdırıcı hallarda soyğunçuluq, hədə-qorxu, rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz silah saxlama və digər maddələrlə ittihamlar irəli sürülüb.
Prokurorluq Mehmet Rəcəb Dəmirin də daxil olduğu təqsirləndirilən şəxslərin hər biri üçün ittihamların məcmusuna əsasən 613 ildən 2967 ilədək həbs cəzası tələb edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
XƏBƏR LENTİ
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər
-
Nazirin üstünə qışqıran hərbçiyə medal verildi





