Hadisə

Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb

13 Noyabr 2026 11:27
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qadınları fahişəliyə cəlb edən və evini əxlaqsızlıq yuvasına çevirən ahıl kişi cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının Biləsuvarda keçirdiyi əməliyyatla şəhər sakini 1955-ci il təvəllüdlü R.Kərimov (şərti) saxlanılıb.

Əməliyyat vaxtı onun evində kənar şəxslər də aşkar edilib.

Faktla bağlı R.Kərimov barəsində Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə iş başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, R.Kərimovun ailə üzvləri Bakıda yaşayır. O, Biləsuvarda tək yaşadığı evdə qonşuluqda yaşayan qadını fahişəliyə cəlb edərək başqa şəxslərlə görüşdürüb. Bunun müqabilində 10 manat pul alıb.

R.Kərimov ifadəsində bildirib ki, qonşuluqda yaşayan həmin qadının anasının ona xeyli borcu var və bu məsələ ilə bağlı söhbət etmək məqsədilə onu evinə dəvət edib.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə ahıl kişi qeyd edilən maddələr üzrə təqsirli bilinib.

Ona 3500 manat pul cəriməsi və qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.