Maraqlı

Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq

29 Sentyabr 2026 02:02
Baxış: 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Son illərdə istifadəsi genişlənən yeni nəsil bank kartlarının son istifadə tarixi bitdikdən sonra qayçı ilə kəsilib zibilə atılması vərdişi həm insan sağlamlığı, həm də ətraf mühit üçün ciddi risklər daşıyır. Elmi məlumatlar və mütəxəssis rəyləri, xüsusilə dinamik təhlükəsizlik koduna (CVV) malik kartların mexaniki olaraq parçalanmaması lazım olduğuna diqqət çəkib.

Milli.Az xəbər verir ki, fransız mühəndis Kler Deylesin 2020 tarixli doktorluq dissertasiyasında irəli sürdüyü struktur analizlərinə görə, dinamik təhlükəsizlik kodlu yeni nəsil kartların tərkibində e-kağız ekranı qidalandıran 0,5 mm-dən daha nazik litum mikro batareyalar və aktiv elektrokimyəvi hüceyrələr yer alır. Bu növ litum-ion hüceyrələrinin qayçı və ya oxşar alətlərlə kəsilməsi ani kimyəvi qısaqapanmaya və termal qaçış (həddindən artıq qızma) reaksiyasına yol aça bilər. Kəsim zamanı ortaya çıxan ən böyük təhlükə isə hidrogen flüorid qazının buraxılmasıdır. Açığa çıxan bu qaz göz, dəri və ya tənəffüs yollarındakı nəmliklə təmas etdikdə son dərəcə toksik və yüksək dərəcədə aşındırıcı bir maddə olan flüorhidrik turşuya çevrilərək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Təkrar emal zəncirinə və qiymətli metallara zərər verir
Kartların kəsilərək məhv edilməsi ekoloji müstəvidə də böyük zərərlərə yol açır. Tərkibindəki e-kağız ekran, NFC antenası və litum batareyaları səbəbindən Elektrik və Elektron Avadanlıq Tullantıları (EEAT) sinfinə daxil olan bank kartları qızıl, palladium, gümüş və mis kimi qiymətli metallar ehtiva edir.

Kartlar kəsilib kiçik parçalara bölündükdə tərkibindəki bu qiymətli metallar da xırdalanır. Bu vəziyyət EEAT təkrar emal və emal müəssisələrindəki çeşidləmə ələklərindən qaçmalarına səbəb olur. Kəsilmiş parçalar yenidən qiymətləndirilə bilmədiyi üçün ya yandırılmalı olur, ya da torpağa basdırılır; bu da həm iqtisadi itkiyə, həm də qarşısı alına bilən ətraf mühit çirklənməsinə yol açır. Buna görə də təkrar emal müəssisələri kartların bütöv şəkildə toplanmalı olduğunu vurğulayıblər.

"Oğurlanma qorxusu texniki cəhətdən əsassızdır"
Kartın bütöv şəkildə atılması halında məlumatların oğurlanacağı ilə bağlı narahatlıqların müasir texnologiyada heç bir qarşılığı yoxdur. Təhlükəsizlik mütəxəssisləri son istifadə tarixi bitmiş və ya bank sistemi üzərindən bağlanmış bir kartın texniki olaraq tamamilə işlək vəziyyətdən çıxdığını qeyd ediblər. Həmçinin mobil cihazlar üzərindən təmin edilən güclü şəxsiyyət doğrultma addımları və təhlükəsizlik protokolları ola biləcək dələduzluq cəhdlərini texniki olaraq qeyri-mümkün edəcək səviyyəyə çatdırıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.