Cəmiyyət

Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər

15 Noyabr 2026 10:43
Baxış: 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürəti 16-17 m/s-dək güclənəcək.

Noyabrın 16-dan etibarən isə Bakıda hava şəraiti kəskin pisləşəcək. Bazar ertəsi gün ərzində yağış yağacağı, şimal küləyinin güclü əsəcəyi və havanın temperaturunun ötən günlərlə müqayisədə 7-8 dərəcə enərək gündüz 10-11, gecə isə 8-9 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.

Çərşənbə axşamı, noyabrın 17-də də paytaxtda sərin və buludlu hava şəraiti davam edəcək. Həmin gün havanın temperaturunun gündüz 10-11, gecə isə 8-9 dərəcə isti olacağı gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.