Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər döyüş idmanları dünyasında geniş müzakirələrə səbəb olan hadisə baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, UFC döyüşçüləri Merab Dvalişvili ilə Usman Nurmaqomedovun komandası arasında baş verən insidentdə diqqət çəkən şəxslərdən biri də gürcü idmançı Saba Lazişvili olub.
Hadisə Əbu-Dabidə, RAF (Real American Freestyle) turniri ərəfəsində idmançıların qaldığı hotelin foyesində baş verib.
Belə ki, keçmiş UFC çempionu Merab Dvalişvili müsahibə verdiyi zaman Usman Nurmaqomedov və onun ətrafındakı şəxslər ona yaxınlaşıblar. Dvalişvilinin sözlərinə görə, qarşı tərəfdən təxminən 10 nəfər ona və yanında olan dostuna hücum edib.
Yayılan görüntülərdə Usman Nurmaqomedovun Meraba arxadan yaxınlaşaraq üzünə zərbə endirdiyi, bundan sonra isə qarşıdurmanın kütləvi davaya çevrildiyi görünür.
Həmin vaxt Merabın yanında olan gənc dostu Saba Lazişvili də hücuma məruz qalıb. Lakin o, geri çəkilməyib və dostunu müdafiə etmək üçün qarşı tərəfə müqavimət göstərib.
Dvalişvili daha sonra sosial şəbəkələrdə paylaşdığı videoda baş verənlərə münasibət bildirərək qarşı tərəfin çoxsaylı şəxslərlə onlara hücum etdiyini deyib. O, döyüşmək istəyən şəxsləri bunu idmançıya yaraşan şəkildə, açıq mübarizədə etməyə çağırıb.
Maraqlı məqam isə bundan sonra baş verib. RAF təşkilatçıları qarşıdurmada iştirak edən Umar Nurmaqomedovu turnirin döyüş kartından çıxarıb və onun yerinə Saba Lazişvilini daxil ediblər. Beləliklə, Merabın yanında dayanaraq diqqət çəkən gənc idmançıya Urijah Faberlə qarşılaşmaq imkanı yaradılıb.
Baş verən hadisələr bütün dünyada idman həvəskarlarının diqqətini çəkib. Bir çoxları Nurmaqomedovun dostları ilə 2 nəfəri sıxışdırmasını və hücum etməsini "kişiliyi yaraşmayan hərəkət" adlandırıb. Eyni zamanda Merab Dvalişvilini tık qoymayan dostu Saba Lazişvilinin cəsarətli hərəkətini yüksək qiymətləndirib, onu "əsl dost" adlandırıb.
Qeyd edək ki, insidentlə bağlı Əbu-Dabinin Cinayət Məhkəməsi 10 nəfər barəsində hökm çıxarıb. Məhkəmə qərarına əsasən, bir sıra təqsirləndirilən şəxslər altı ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını çəkdikdən sonra ölkədən deportasiya olunacaqlar. Merab Dvalişvili və Saba Lazişvili isə ictimai asayişi pozma və digər şəxslərə qarşı zorakılıqla bağlı ittihamlar üzrə 50 min dirhəm cərimələniblər.
Beləliklə, idman ictimaiyyətinin diqqəti yalnız qarşıdurmanın iştirakçılarına deyil, çətin anda dostunu tək qoymayan Saba Lazişviliyə də yönəlib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Ronaldo serial çəkir - (Foto)
XƏBƏR LENTİ
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)





