Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Milli.Az-a BDYPİ-dən məlumat verilib.
Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 15-i gündüz saatlarından 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir:
"Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına, xüsusilə sürücülərə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir. Güclü külək zamanı nəqliyyat vasitəsinin idarəetməsinin çətinləşməsi, yollarda görmə məsafəsinin məhdudlaşması, ağac budaqlarının və müxtəlif əşyaların hərəkət hissəsinə düşməsi yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır. Bu səbəbdən sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və ötmələrdən çəkinmək, xüsusilə körpülərdə, estakadalarda və açıq ərazilərdən keçən yollarda daha diqqətli olmaq tələb olunur. İriqabaritli və ağırtonnajlı nəqliyyat vasitələrinin sürücüləri isə küləyin yaratdığı əlavə təhlükələri nəzərə almalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və şəxsi təhlükəsizliklə yanaşı, digər hərəkət iştirakçılarının da təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir
-
Əli Abbasova ağır itki
-
Ronaldo serial çəkir - (Foto)
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında ən yaxşı seçildi
-
Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
-
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)
-
“Azərbaycana qarşı xidmətlərinə görə” Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Maaşlar artacaq: Saatlıq minimum əmək haqqı tətbiq olunacaq
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
Dondurucu soyuqlar gəlir - Xəbərdarlıq
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Arda ilə bağlı qərar verildi: Maaşı artacaq
-
Əməkdar artist 14 yaşında - (Foto)
-
Putin xərçəng xəstəsi olan “Lerçek”İ əfv etdi





