Türkiyə

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

14 Noyabr 2026 19:46
Baxış: 87
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub.

Milli.Az xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb.

Seçkilərdə qeydiyyatdan keçmiş 1202 nümayəndədən 1157-si səsvermədə iştirak edib. Verilən səslərin 1154-ü etibarlı, 3-ü isə etibarsız hesab olunub.

Səslərin hesablanmasından sonra qurultayda yeganə namizəd olan Özgür Özel 1154 etibarlı səsin hamısını toplayaraq Yeni Partiyanın sədri seçilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.